Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən ictimaiyyət qarşısına çıxıb.
AZXEBER.COM haqqın.az-a istinadən xəbər verir ki, E.Mahmudov sonuncu dəfə bir neçə gün əvvəl Beynəlxalq Bankın eks-rəhbəri Cahangir Hacıyevin anasının dəfnində görünüb. Gün boyu C.Hacıyevin yanından ayrılmayan eks-nazirin fikirli olduğu və heç kimlə danışmamağa çalışması da diqqətdən yayınmayıb.
Məlumata görə, E.Mahmudov hazırda Badamdarda tikdirdiyi dəbdəbəli villasında yaşayır.
Qeyd edək ki, Eldar Mahmudovla Cahangir Hacıyev qudadırlar. Belə ki, üç il əvvəl Eldar Mahmudovun oğlu Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızı ilə ailə qurub.