Elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərin sayı açıqladı

Bütün Xəbərlər
10:11 03.02.2011
1844

Ötən il ərzində keçirilmiş reydlər zamanı 5170-dən çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarının pozulması faktı aşkar edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Masallı” EŞ-də 854, “Neftçala” EŞ-də 847, “Cəlilabad” EŞ-də 846, “Lənkəran” EŞ-də 581, “Hacıqabul” EŞ-də 373, “Biləsuvar” EŞ-də 273, “Lerik” EŞ-də 162, “Astara” EŞ-də 159, “Şirvan” EŞ-də isə 100 qayda pozuntusu faktı aşkar edilib. Müəssisə üzrə ən çox qayda pozuntusu “Salyan”, ən az isə “Yardımlı” EŞ-lərində qeydə alınıb. 

Belə ki, bu EŞ-lərdə müvafiq olaraq 946 və 32 qayda pozuntusu faktları qeydə alınıb. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 25 milyon 364,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1 milyon 521,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 36 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalıq hissənin ödənilməsi istiqamətində tədbirlər görülür.

Yeri gəlmişkən, hesabat dövründə həmin bu EŞ-lər üzrə sözügedən təyinatla ödənişdə ən yüksək göstərici Şirvan EŞ-də (76,5 faiz), ən aşağı göstərici isə Hacıqabul EŞ-də (26,6 faiz) qeydə alınıb.

Qeyd edək ki, 2010-cu ilin dekabr ayında isə 458 qayda pozuntusu aşkar edilərək 1 milyon 589,9 min kilovatsatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 52,6 faizə yaxın hissəsinin ödənişi təmin edilib. 2010-cu il ərzində istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin məcburi qaydada tutulmasına dair, eyni zamanda aşkar edilmiş qayda pozuntuları ilə əlaqədar tərtib edilmiş aktların mübahisələndirilməsi barədə məhkəmələrdə 142 istehlakçı barəsində iddia qaldırılıb.

 

OXŞAR XƏBƏRLƏR