Elektrik enerjisinə borcu olanlara xəbərdarlıq edildi

Elektrik enerjisinə borcu olanlara xəbərdarlıq edildi
Bütün Xəbərlər
07:46 10.10.2012
1222
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 2012-ci il oktyabrın 15-də saat 11:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.ASC-dən verilən məlumata görə, borcunu qeyd olunan müddətdə ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcəkdir. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Bu da abonentlərə müəyyən problemlər yaradacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqqını dərhal ödəmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR