Hüquqi şəxslərin elektron dövlət qeydiyyatına görə rüsum güzəştinin daraldılması təklif olunur.
AZXEBER.COM xəbər verir ki, hazırda hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. Layihədə isə bu güzəştin yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərə şamil edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, hüquqi şəxslərin, xarici şirkətlərin filial və nümayəndəliklərinin dövlət reyestrinə rüsumsuz daxil edilməsi, eləcə də reyestrdə dəyişikliklərin ödənişsiz aparılması barədə müddəanın ləğvi təklif olunur.











































