Əli Abbasova vəzifə verildi

Əli Abbasova vəzifə verildi
SOSİAL
11:58 14.08.2020
1643
Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev "Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovu vəzifəsindən azad edib.

AZXEBER.COM-un məlumatına görə, məsələ ilə bağlı "MediaPost”a açıqlama verən Ə.Abbasov bildirib ki, hazırda AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

"Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. İndiki vəzifəm daha yüksəkdir və əhatə dairəsi genişdir. Hesab edirəm ki, indiki vəzifəm mənə daha yaxındır”, - deyə o, qeyd edib.
OXŞAR XƏBƏRLƏR