Azərbaycanda kişilər arasında sürətlə artan estetik trendi: Ən çox bunları etdirirlər - ARAŞDIRMA

Azərbaycanda kişilər arasında sürətlə artan estetik trendi: Ən çox bunları etdirirlər - ARAŞDIRMA
SOSİAL
13:46 16.07.2026
1042
Son illər estetik əməliyyatlar və kosmetoloji prosedurlar sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Bu mövzu son aylarda aktyor Taleh Yüzbəyovun çəkildiyi reklam çarxından sonra yenidən gündəmə gəlib. Reklamda estetik müdaxilələr və təbii gözəllik mövzusuna toxunulması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox qadın çarxı tənqid edərək onun estetik əməliyyat etdirmiş şəxslərə qarşı qərəzli mesaj verdiyini bildirib.

Gündəmdə əsasən xarici görünüşündə estetik dəyişikliklər etdirən qadınlar yer alsa da, bu sahəyə maraq göstərən kişilərin sayı da getdikcə artır.

Bir qisim estetik müdaxilələri özünəqulluq və şəxsi seçim kimi qiymətləndirir, digərləri isə onların süni görünüş yaratdığını düşünərək tənqid edir. Müzakirələr daha çox qadınlar üzərində cəmləşdiyindən, kişilərin etdirdiyi estetik əməliyyatlar və kosmetoloji prosedurlar isə əksər hallarda diqqətdən kənarda qalır.
Halbuki bu gün kişilər də həm estetik əməliyyatlara, həm də qeyri-cərrahi kosmetoloji prosedurlara geniş şəkildə müraciət edirlər.

AZXEBER.COM kişilər arasında ən çox üstünlük verilən estetik əməliyyatları və kosmetoloji prosedurları araşdırıb.

Ən çox seçilən estetik əməliyyatlar

Rinoplastika və septorinoplastika – Burunun formasını, ölçüsünü və quruluşunu dəyişdirmək, estetik görünüşü yaxşılaşdırmaq, eyni zamanda tənəffüs problemlərini aradan qaldırmaq məqsədilə icra edilir. Septorinoplastika zamanı burun estetikası ilə yanaşı, əyri burun çəpəri (septum) də korreksiya olunur.

Ginekomastiya əməliyyatı – Kişilərdə süd vəzilərinin həddindən artıq böyüməsinin cərrahi yolla aradan qaldırılmasıdır.

Mentoplastika – Çənənin formasının böyüdülməsi, kiçildilməsi və ya korreksiya olunması ilə üz cizgilərinin daha proporsional görünməsi məqsədilə həyata keçirilir.

Çənə implantı – Çənə xəttini daha ifadəli göstərmək üçün silikon və ya digər implantların yerləşdirilməsi əməliyyatıdır.

Çənəaltı liposaksiya – İkiqat çənənin ("double chin") aradan qaldırılması məqsədilə çənəaltı nahiyədəki artıq piy toxumasının çıxarılmasıdır.

Üz implantları – Yanaq və ya çənə nahiyəsinə implant yerləşdirilərək üz konturlarının daha ifadəli görünməsi təmin edilir.

Blefaroplastika – Göz qapaqlarındakı artıq dəri və piy toxumasının çıxarılması ilə daha gənc və dinamik görünüş əldə edilir.

Otoplastika – İrəli çıxan və ya forması pozulmuş qulaqların cərrahi yolla korreksiya edilməsidir.

Facelift (üz gərmə əməliyyatı) – Üzdə sallanmış dəri və yumşaq toxumaların gərilməsi nəticəsində qırışların azaldılması və daha gənc görünüşün əldə olunması məqsədilə icra edilir.

Boyun gərmə (Neck Lift) – Boyun nahiyəsində sallanmış dərinin və artıq piy toxumasının aradan qaldırılması əməliyyatıdır.

Saç transplantasiyası – Donor nahiyədən götürülən saç köklərinin seyrək və ya keçəlləşmiş sahələrə köçürülməsidir.

Saqqal transplantasiyası – Saqqalın seyrək olduğu və ya ümumiyyətlə çıxmadığı nahiyələrə saç köklərinin köçürülməsi əməliyyatıdır.

Qeyri-cərrahi kosmetoloji prosedurlar

Botoks – Alın, qaşarası və göz ətrafındakı mimik qırışların görünüşünü azaltmaq məqsədilə botulinum toksinin tətbiqidir.

Dermal dolğu (Filler) – Çənə, yanaq, çənə xətti, gözaltı və digər nahiyələrin həcmini artırmaq, həmçinin üz konturlarını daha aydın göstərmək üçün hialuron turşusu əsaslı dolğuların tətbiqidir.

Jawline dolğusu – Çənə xəttini daha ifadəli və kəskin göstərmək məqsədilə tətbiq olunan dolğu prosedurudur.

PRP (Platelet Rich Plasma) – Pasiyentin öz qanından əldə edilən plazmanın dəriyə və ya saç dərisinə yeridilməsi ilə kollagen sintezi və saç inkişafı stimullaşdırılır.

Mikroiynələmə (Microneedling) – Dəridə mikrokanallar yaradılaraq kollagen sintezi stimullaşdırılır və dərinin yenilənməsi dəstəklənir.

HIFU (High-Intensity Focused Ultrasound) – Əməliyyatsız üz və boyun gərilməsi məqsədilə yüksək intensivlikli fokuslanmış ultrasəs dalğalarından istifadə olunur.

RF lifting (Radiofrekans) – Dərinin sıxlığını və elastikliyini artırmaq üçün radiofrekans enerjisinin tətbiq olunduğu prosedurdur.

Lazer epilyasiyası – Üz, boyun, sinə, kürək və digər nahiyələrdə arzuolunmayan tüklərin uzunmüddətli azaldılması məqsədilə həyata keçirilir.

Diş estetikası (Smile Design) – Dişlərin ağardılması, laminat və ya vinirlərin tətbiqi ilə gülüş estetikasının yaxşılaşdırılması prosedurudur.
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı