Əli Əhmədova “Space”də vəzifə verildi

Əli Əhmədova “Space”də vəzifə verildi
Bütün Xəbərlər
12:13 12.03.2015
1762
Fins.az saytının rəhbəri, telejurnalist Əli Əhmədov yenidən efirə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, Ə. Əhmədov dünəndən başlayaraq “Space” telekanalında fəaliyyətə başlayıb. O, telekanalın Xəbərlər Departamenti rəhbərinin müavini vəzifəsinə təyin edilib. Jurnalistə televiziyada çalışmaq təklifi “Space” rəhbərliyindən gəlib.
Qeyd edək ki, Ə. Əhmədov uzun müddət ANS telekanalda iqtisadiyyat xəbərlərinin aparıcısı olub.
OXŞAR XƏBƏRLƏR