Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub
SİYASƏT
19:12 30.10.2020
547

Azərbaycanın Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyənin vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Nazirlər Kabinetindən AZXEBER.COM verilən məlumata görə, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

F.Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR