Əli Həsənov Rafiq Tağının ölümünə münasibət bildirdi

Əli Həsənov Rafiq Tağının ölümünə münasibət bildirdi
Bütün Xəbərlər
10:34 26.11.2011
1731
“İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır”
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov noyabrın 25-də “Media forum” saytına açıqlamasında yazıçı-publisist Rafiq Tağının ölümünə münasibət bildirib. Əli Həsənov deyib ki, Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi: “Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndi nə olub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar”.“Media forum”un “Necə hesab edirsiniz, bu, ictimai-siyasi qətldir, yoxsa sırf kriminal hadisədir” sualına Prezident Administrasiyasının şöbə müdiri belə cavab verib: “Vallah, bilmək olmaz. Mən indi buna heç cür qiymət verə bilmərəm. Bu məsələ tam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır”.“Media forum”un əməkdaşı Prezident Administrasiyası rəsmisi ilə söhbətində bildirib: “Rafiq Tağı yazılarında İrandakı dini rejimi ciddi tənqid edirdi. Bir neçə il əvvəl İran ayətullahlarından biri onun barəsində ölüm fitvası vermişdi. İndi bir sıra şəxslər hesab edir ki, onun qətlini İran təşkil edib. Siz Rafiq Tağının qətlində İran izinin olmasını mümkün hesab edirsinizmi və bu qətl Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş bir addım ola bilərmi?”Əli Həsənovun deyilənlərə reaksiyası belə olub: “Əvvəla, el arasında belə bir məsəl var, deyərlər ümid bir yerə, güman min yerə gedir. Əlbəttə, bunun ətrafında yüzlərlə proqnoz, şərh ola bilər. Xüsusən də Rafiq Tağının özünün, yaxınlarının ayrı-ayrı açıqlamaları, ifadələri olmuşdu. Əlbəttə, bununla bağlı bütün versiyalar yoxlanmalıdır, araşdırılmalıdır.Bunun sabitliyin pozulmasına yönəlmiş addım olmasına gəlincə, Azərbaycanda ictimai-siyasi sabitlik o dərəcədə kövrək deyil ki, bir adamı qətlə yetirməklə, yaxud ona sui-qəsd etməklə sabitliyi pozmaq mümkün olsun. Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərində bərqərar edib, yaradıb. Rafiq Tağıya qarşı edilən sui-qəsd ayrı-ayrı şəxslərin qisas məqsədi və ya başqa məqsədlərlə etdiyi hərəkət də ola bilər. Bütün bunları istintaqın sonunda biləcəyik”.Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti ölkədə baş verən bütün kriminal hadisələrin, xüsusən də İlham Əliyevin prezidentliyi dövründə baş verən kriminal hadisələrin açılmasına tərəfdar olub, belə işləri ciddi nəzarətə götürüb: “Hakimiyyət kimliyindən, hansı vəzifə və mövqe tutmasından asılı olmayaraq istənilən vətəndaşa qarşı törədilən qəsdin, terrorun, kiməsə qarşı edilən xuliqanlıq hərəkətinin açılmasında maraqlı olub və bunu təmin edib. Amma konkret olaraq Rafiq Tağıyla bağlı işi fərdiləşdirmirik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi