Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülür.
Bu barədə vəkil Namizəd Səfərov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, sabiq nazir hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
Onu da bildirək ki, Ə. İnsanovun cəza müddətinin bitməsinə bir neçə ay qalıb.