'Əli Kərimli Azərbaycan siyasətində bir 'flaşka'dır' - Politoloq

Bütün Xəbərlər
17:37 24.08.2012
1621
“Əslində müxalifətdə təmsil olunan İsa Qəmbərlə Rəsul Quliyevin münasibətləri heç vaxt normal olmayıb. Rəsul Quliyev spiker seçiləndə də bir il ərzində İsa Qəmbərin gördüyü yararsız işlər barədə danışıb”. Bunu SİA-ya açıqlamasında son günlər müxalifət düşərgəsində baş verən hadisələrə münasibət bildirərkən deyib.Politoloq bildirib ki, onların bir-birinə qarşı məhəbbbəti yalnız zorla idi və bu siyasi izdivacın uzun sürəcəyi də inandırıcı deyildi. Ancaq onlar Azərbaycana daha çox ziyan verməkdən ötrü rəhbərliyi xaricdə olan baş mollanın təkidi ilə izdivaca girirdilər.“Bu gün artıq müxalifət düşərgəsində çox qəribə bir vəziyyət yaranıb. Əli Kərimli özünü birmənalı şəkildə müxalifətin tək lideri elan edir. Halbuki, Əli Kərimli vaxtilə Əbülfəs Elçibəyin adında olan 2 milyon dolları öz adına keçirməklə AXCP-nin parçalanmasını gündəmə gətirdi. Bu gün AXCP-nin BAXCP, KXCP, Böyük Quruluş, Aydınlar, Demokratik İslahatlar partiyaları var. Bundan əlavə, gənclər də partiyadan ayrılaraq yeni qüvvə yaradıb və onun Demokratik Xalq Cəbhəsi Partiyası adlandırılması nəzərdə tutulur. Rəsul Quliyevin bu gün də Müsavatla üz-üzə gəlməsinin əsas səbəbi Müsavatın onun rəhbərlik etdiyi partiyadan daha mütəşəkkil olması ilə bağlıdır”, - deyə o əlavə edib.C.Nuriyev əlavə edib ki, Rəsul Quliyevin partiyasında Sülhəddin Əkbərə edilən transfer heç də uğurlu deyil. Onun fikrincə, Sülhəddin Əkbər təhlükəsizlik orqanlarında işlədiyi üçün onun İsa Qəmbərin layihəsi olmadığını kimsə istisna edə bilməz: “Vaxtilə Sülhəddin Əkbəri razılıq əsasında gündəmə gətirdilər. O da getdi Rəsul Quliyevin partiyasını tar-mar etməyə. Seçkiqabağı bu siyasət özünü göstərirdi. Hazırda isə İsa Qəmbərin ən azı kağız üzərində rəqibi var ki, bu da mətbuat rəqibidir”.
OXŞAR XƏBƏRLƏR