Əlibəylidə son vəziyyət - VİDEO

Əlibəylidə son vəziyyət - VİDEO
Bütün Xəbərlər
12:46 06.08.2014
5766
Bu gecə Ermənistan ordusu yenə də Tovuzun Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini atəşə tutub.
AZXEBER.COM TTV-ə istinadən xəbər verir ki, düşmən cavab atəşi ilə susdurulub. Güllə səslərinə vərdiş edən Əlibəyli sakinlərinin sözlərinə görə, onlar Azərbaycan Ordusuna güvənirlər.
Bəzi informasiya saytlarında kənddən bəzi ailələrin köçməsiylə bağlı yalan xəbərlərdən təəssüfləndiklərini deyən əlibəylilər bütün bunlara baxmayaraq evlərini tərk etməyəcəklərini söyləyirlər.
Kənd sakini Ədalət Rzayevin evi kəndin düşmən postlarına ən yaxın məsafədə yerləşən evlərindəndir. Onun həyətindən nəinki düşmən postları, hətta ermənilərin üz-bəüz mövqedəki kəndlərindəki evlər də görünür. Beləliklə hər gecə atəşkəsin pozulduğu Əlibəylidə həyat öz axarıyla davam edir ...
OXŞAR XƏBƏRLƏR