Elmar Hüseynovun qətlindən 11 il ötdü

Elmar Hüseynovun qətlindən 11 il ötdü
MEDIA
14:33 02.03.2016
1427

“Monitor” jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ölümündən 11 il ötür.

Virtualaz.org xəbər verir ki, jurnalistin xatirəsini yad etmək məqsədilə bir sıra siyasi xadim, vətəndaş hərəkatı üzvü və jurnalistlər onun məzarını ziyarət edib.

Ziyarətə gələnlər arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, “NİDA” vətəndaş hərəkatının üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri olub.

Ziyarət sırasında çıxış edənlər deyiblər ki, bu gün Azərbaycan jurnalistikasının ən tanınmış nümayəndələrindən biri, özünü azad söz uğrunda fəda etmiş jurnalistin anım günüdür. Toplaşanlar Elmar Hüseynovun xatirəsinin heç zaman unudulmayacağını bildirib, Allahdan ona rəhmət diləyiblər.

Qeyd edək ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Ölümündən sonra jurnalistin həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

OXŞAR XƏBƏRLƏR