Elmar Məmmədyarov : “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropanın xeyrinədir”

Elmar Məmmədyarov : “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropanın xeyrinədir”
Bütün Xəbərlər
12:59 06.12.2012
907

Azərbaycan xarici işlər nazirinin The Wall Street Journal nəşrində məqaləsi dərc olunub.

“Azərbaycan – iqtisadi bum nəticəsində çiçəklənən ölkədir, lakin müasir dövlət quruculuğu cəhdləri təhlükəsizlik məsələləri səbəbindən məhdudlaşır”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun nüfuzlu The Wall Street Journal nəşrində dərc olunan məqaləsində öz əksini tapıb.

Nazir məqaləsində Avropa ilə enerji əməkdaşlığı, regional inkişaf, regionda gedən prosesləri ləngitmə kontekstində Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərə toxunub.

“Xəzər regionu gərginlikdən əziyyət çəkir, bu gərginlik siyasi problemlərdən açıq münaqişələrə keçə bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropanın xeyrinədir. Azərbaycan Avropaya enerji daşıyıcıları nəql edən əsas ixracatçılardan birinə çevrilir. Avropanın Azərbaycanda və regionda iqtisadi maraqları enerji çərçivəsindən kənara çıxır. Hazırda Qafqazda stabilliyin olması Avropanın daxili təhlükəsizliyinin bir hissəsdir”.

XİN başçısı həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində Ermənistan regiondakı bütün infrastruktur və enerji layihələrindən təcrid olunub: “Biz Azərbaycan ərazilərinin bölünməsi ilə barışmayacağıq. Ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır, çünki beynəlxalq hüquq bunu tələb edir. Dağlıq Qarabağ münaqişəsi yalnız tərəflərin siyasi iradə nümayiş etdirəcəyi təqdirdə həll oluna bilər. Azərbaycan münaqişənin tez bir zamanda həllinin əsas tərəfdarıdır, biz regionumuzda stabil iqtisadiyyat və təhlükəsizlik yaratmağa can atırıq. Mən Dublində artıq indiyədək Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa ilə razılaşdırılmış məsələ üzrə irəliləyiş əldə etməyi və tərəqqiyə nail olmağı təklif edirəm. Müəyyən dövr ərzində hamını qane edən sülh sazişi hazırlandıqdan sonra ATƏT bütün tərəflərin iştirakı ilə Minsk Qrupunun yeni görüşünü razılaşdırmalıdır”.

Nazir məqaləsində qeyd edib ki, Qafqazda sülh - əməkdaşlıq və regional inteqrasiya üçün yeni imkanlar aça bilərdi: “Sülh şəraitində biz Avropanın digər hissəsinə çatmaq üçün daha sürətli templərlə inkişaf edə bilərdik. Dublin – bizim üçün sülh imkanıdır. Erməni həmkarlarımı bu imkanlardan bizimlə birlikdə yararlanmağa çağırıram”. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu