Elmar Məmmədyarov: “Mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”

Elmar Məmmədyarov: “Mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”
SİYASƏT
13:27 08.04.2019
5791

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri xarici işlər nazirləri Şurasının Moskvada keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ONA-nın Moskva müxbirinə müsahibəsi.

- Cənab nazir, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün yekunlarını necə qiymətləndirirsiniz? Nəzərə alsaq ki, bu görüş Dağlıq Qarabağla danışıqlar prosesində yaranan uzunmüddətli fasilədən sonra yüksək səviyyədə keçirilən ilk rəsmi görüş idi.

- Əslində Vyana görüşünün yekunları ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə Azərbaycan və Ermənistan rəhbərliyi adından yayılan birgə bəyanatda hər şey öz əksini tapıb. Əlavə olaraq onu deyə bilərəm ki, Vyana görüşündə Qarabağla bağlı danışıqlar prosesinin 3+2 formatında aparılması bir daha təsdiqləndi. Əsas nəticə budur. Cənab prezident də bu barədə öz çıxışlarında bildirib. Bu, onu göstərir ki, danışıqlar bundan sonra da bu formatda davam etdiriləcək. Gələn həftə Bakı və Yerevan eyni vaxtda nazirlərin görüşünün keçirilmə vaxtını elan edəcək. Moskvada keçiriləcək görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Sergey Lavrov özü bu görüşdə iştirak etmək istəyir. Bu görüşdən sonra həmsədrlər regiona səfər edəcəklər.

- Vyana görüşündən qısa zaman keçəndən sonra Ermənistan müdafiə naziri David Tanoyan Nyu-Yorkda erməni diasporunun nümayəndələri ilə görüşündə sülh danışıqlarına zidd bəyanat səsləndirdi. Bu, Ermənistanın sülh danışıqları prosesindən imtina etməsi anlamına gəlmirmi, yaxud Yerevanın danışıqlar naminə danışıqlarda iştirak etməsi demək deyil?

- Vyana görüşü başa çatandan üç saat sonra Ermənistanın müdafiə naziri belə bir bəyanatla çıxış edib. Əslində bu gülməlidir. Bilirsiniz, mən bu məsələyə ayrıca toxunmaq istəyərdim. Deməli Ermənistan tərəfi bizdən qorxur. Bu, onu göstərir. Deyirlər ki, müharibə olsa, hücuma keçəcəyik. Əgər qorxursunuzsa, onda bu problemin üzərində işləyin. Biri var müdafiə olunasan, biri də var hücum edəsən. Tam fərqli-fərqli anlayışlardır. Əgər Ermənistan tərəfi müharibəyə hazırlaşmaq istəyirsə, bu onların mövqeyidir. Necə deyərlər, babalı Ermənistanın, Tanoyanın boynuna! Məncə, Tanoyan özünü saxlaya bilməyib və qorxusundan bu bəyanatı səsləndirib.

- Rusiya cəmiyyətində belə bir deyim var, Lavrovla anlaşmayan Şoyqu (Rusiyanın müdafiə naziri-red.) ilə anlaşmalı olacaq. İndi bu deyimi Azərbaycanın Ermənistana qarşı münasibətində işlətmək olarmı?! Elmar Məmmədyarovla anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaqmı

- Yəqin ki... Əlbəttə, müdafiə nazirimizdir.



 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu