Elmar Vəliyevdən yeni xəbər

Elmar Vəliyevdən yeni xəbər
SİYASƏT
13:04 07.08.2018
5279
"Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti normaldır. Heç bir ciddi problemi yoxdur. Müəyyən reablititasiya işləri aparılır. Daha ətraflı məlumatı həkimi verə bilər. Əsas odur ki, səhhəti yaxşıdır, qənaətbəxşdir".

AZXEBER.COM xəbər veirr ki, bu barədə modern.az-a Gəncədəki mənbə məlumat verib.

Mənbə Elmar Vəliyevin işə çıxacağını desə də, bununla bağlı dəqiq tarix söyləməyib.

"Güman ki, yaxın vaxtlarda işə çıxacaq. İşə çıxması planlaşdırılır. Hələ ki işə çıxma tarixi dəqiq deyil. Amma işə çıxması yaxın vaxtlarda gözlənilir. Əsasnaməyə əsasən, Elmar Vəliyevin işlərini hazırda birinci müavin icra edir".

Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işilə bağlı həbs olunan və müqavimət göstərdiyi üçün məhv edilənlər var.

Qeyd edək ki, iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovundəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara görə, E.Vəliyevin sonrakı müalicəsi İsraildəki klinikalardan birində davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
15:20 14.10.2026
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”
15:18 14.10.2026
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”
Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı
15:11 14.10.2026
Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı