Elmlər Akademiyasının qarşısında polis "vəhşiliyi" (EKSKLÜZİV FOTOLAR)

Elmlər Akademiyasının qarşısında polis "vəhşiliyi" (EKSKLÜZİV FOTOLAR)
Bütün Xəbərlər
20:44 09.12.2011
6497
Bu gün axşam saat 19 radələrində Elmlər Akademiyası metrostansiyasının qarşısında polislərlə vətəndaşlar arasında mübahisə yaranıb.
 
AZXEBER.COM-un məlumatına görə, polis həmin ərazidə meyvə-tərəvəz satan şəxslərə qarşı kobudluq edib, heç bir xəbərdarlıq etmədən onları ərazidən qovmağa çalışıb. Satıcıların etirazını görən polis onları təhqir edib, həbslə qorxudub. Bakı sakinləri isə bu hadisəni maraqla izləyib.
 
Satıcıların AZXEBER.COM-a verdikləri məlumata görə, ərazini boşaltmağı polislərə Metropolitenin rəisi Tağı Əhmədov tapşırıb. Onlar bunun səbəbini anlamadıqlarını da dilə gətiriblər. AZXEBER.COM portalı mübahisə zamanı çəkilən fotoları təqdim edir.
p.s. Fotolar Ceyhun Qaraya məxsusdur
 
OXŞAR XƏBƏRLƏR