Elnur Aslanov: "Ermənistan “status-kvo”nu qorumağa, bununla da, münaqişənin dondurulmuş şəkildə qalmasına nail olmaq istəyir"

Elnur Aslanov: "Ermənistan “status-kvo”nu qorumağa, bununla da, münaqişənin dondurulmuş şəkildə qalmasına nail olmaq istəyir"
Bütün Xəbərlər
12:25 14.10.2011
1463
Elnur Aslanov: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi dünya siyasətində ikili standartların mövcudluğunu göstərir”“Həmsədr ölkələr Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə etinasızlıqla yanaşmamalıdır”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.  Şöbə müdiri BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsinin yerinə yetirilmədiyini xatırladıb: “BMT-nin legitim gücə malik Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi bir çox suallar meydana çıxarır, digər tərəfdən isə dünya siyasətində ikili standartların mövcudluğunu göstərir”. E. Aslanovun sözlərinə görə, Ermənistan apardığı siyasətlə - danışıqları uzatmaqla “status-kvo”nu qorumağa çalışır, “satus-kvo”nu saxlamaqla isə münaqişənin dondurulmuş şəkildə qalmasına nail olmaq istəyir: “Azərbaycanın mövqeyi isə belədir ki, bu “status-kvo” davam edə bilməz, Azərbaycan prezidenti də bunu dəfələrlə bəyan edib. Bundan başqa, həmsədr ölkələrinin prezidentləri, Avropa Birliyi rəsmiləri də eyni bəyanatlarla çıxış ediblər. Azərbaycanın mövqeyi belədir ki, regionda sülh və sabitliyin yaranması üçün dünya təşkilatları Ermənistanın təcavüzkar siyasətini qınamalı, pisləməli, rəsmi İrəvanın regionda daha rasional və konstruktiv mövqe tutması üçün Ermənistana təzyiqlər artırılmalıdır”. Şöbə müdiri deyib ki, Azərbaycan torpaqlar işğaldan azad edildikdən sonra əraziləri bərpa etmək gücünə malikdir: “Digər tərəfdən, Azərbaycanın başqa ölkələrə də investisiya qoymağa iqtisadi və siyasi gücü yetir”.
OXŞAR XƏBƏRLƏR