Elnur Aslanov gənclərə müraciət etdi: "Bizim gələcəkdə necə yaşayacağımız sizin qərarlarınızdan asılıdır”
Bütün Xəbərlər
22:59 28.09.2011
1473
10 min gəncin xaricdə təhsil alması 9 milyonluq Azərbaycan xalqı üçün yeni enerji, yeni güc, yeni kreativ beyinlər və yeni fikirli idarəçilər deməkdir”. Bu barədə Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumunda bildirib.“Son zamanlar Bakıda çox sayda beynəlxalq tədbirlərin baş tutması ölkəmizin tolerant və qonaqpərvərliyinə dəlalət edir. Bir neçə gündən sonra Azərbaycanın müstəqilliyi dövlət səviyyəsində qeyd ediləcək. Bu tarixi dövrdür və bizim nələrdən keçib hara getdiyimizi anlamaq üçün təhlil edilməsi mümkün olan bir vaxt kəsimidir”.E.Aslanov söyləyib ki, bu 20 il ərzində Azərbaycanda çöx böyük işlər görülüb.“Biz ölkə büdcəsini 500 milyon dollardan 20 milyarda çatdıra bildik, Neft Fondunda 30 milyarddan dollardan çox vəsait toplaya bildik. Prezidentin təşəbbüssü ilə gənclərimin xaricdə təhsil alması üzrə Dövlət Proqramı icra olunmağa başladı və bu gün xaricdə təhsil alan gənclərimizin sayı 10 min nəfərdən çoxdur”.O qeyd edib ki, Azərbaycanın müstəqillik illərində istər siyasi, istərsə də iqtisadi sahələrdə çox işlər görülüb.“Hakimiyyətin vəzifəsi ondan ibarət olub ki, siyasi və iqtisadi islahatlar paralel şəkildə getsin. Çünki istər siyasi, istər iqtisadi və istərsə də, sosial-mədəni sahələrdə islahatların məhz paralel getməsi ölkənin inkişafındakı uğurlarından xəbər verir”.PA təmsilçisi söyləyib ki, Azərbaycan energetika sahəsində Avropanın əsas təchizatçılarından birinə çevrilib.“Biz bu gün Avropanın enerji təhlükəsizliyini təmin edirik. Və bu kontekstdə Azərbaycan yalnız Qafqaz regionunda deyil, bütün Avrasiyada əhəmiyyətli rola malikdir. Azərbaycan bu gün təkcə Qafqazın yox, Avrasiyanın qəlbidir. Bu hesabla da, biz müzakirə mərkəzinə çevrilirik. Biz bundan əvvəl gənc tədqiqatçıların beynəlxalq konfransında ölkəmizin regionun intellektual mərkəzinə çevrildiyini deyirdiksə, bu gün deyə bilərik ki, Azərbaycan region gənclərinin müzakirə mərkəzi olub”.Bundan bir neçə gün sonra Azərbaycanda Beynəlxalq Humanitar Forum keçiriləcək və bir çox məşhur alimlər, nobel mükafatçıları Bakıda toplaşacaqlar. Bu gün gənclərin müzakirə edəcəyi məsələlər bir neçə gün sonra başqa bir səviyyədə müzakirə ediləcək.Müxtəlif təfriqə cəhdlərinə baxmayaraq, Qafqaz insanların sülh içində yaşamağa çalışdığı bölgədir. Qafqaz üçün sülh vacibdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi öz evlərindən didərgin düşmüş 1 milyondan çox insanın problemidir.