Elnur Aslanov ‘RİA-Novosti’nin rəhbərliyinə müraciət etdi - MƏTN

Elnur Aslanov ‘RİA-Novosti’nin rəhbərliyinə müraciət etdi - MƏTN
Bütün Xəbərlər
00:56 05.09.2012
1019

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov Rusiyanın “RİA Novosti” beynəlxalq informasiya agentliyinin Baş redaktoru Mironyuk Svetlanaya məktubla müraciət edib.

Qaynar.info xəbər verir ki, müraciətin səbəbi adıçəkilən agentlikdə Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyinə toxunan məqalələrin tez-tez dərc edilməsi ilə bağlıdır. Həmin məktubun mətnini Sizin diqqətinizə çatdırırıq:

“Rusiyanın “RİA Novosti”beynəlxalq informasiya agentliyininbaş redaktoru Mironyuk Svetlana Vasilyevnaya

Hörmətli Svetlana Vasilyevna,

“Operativlik, obyektivlik və siyasi konyuktaradan müstəqilliyi” öz fəaliyyətinin əsas meyarları kimi müəyyənləşdirmiş RİA Novosti” agentliyi postsovet məkanında ən qocaman informasiya agentliklərindən biridir. Bu gün Sizin rəhbərlik etdiyiniz agentliyin əsası ümumi tarixin xalqlarımızın ən çətin dövrlərində ədalət və obyektivlik prinsipləri üzərində qurulub. Elə görünə bilərdi ki, agentliyin bu ənənələri vahid dövlətdə yaşamış xalqların yaxınlaşmasına dəstək göstərməlidir. Lakin təəssüf ki, internet-resursun Azərbaycana dair çap etdiyi bəzi məqalələri çətin ki obyektiv və qərəzsiz adlandırmaq mümkündür. Belə ki, cari ilin 2 sentyabr tarixli “Dağlıq Qarabağ müstəqilliyinin 21-ci ildönümünü qeyd edəcək” məqaləsində “Dağlıq Qarabağ Respublikasının” elan olunmasının ildönümünün bayram edilməsinin planlaşdırılmasından bəhs olunur. ” Məqalənin dili öz qeyri-səlisliyi, bitərəfliyi və siyasi cəhətdən səhv terminlərin çoxluğu ilə insanı heyrətə gətirir. Xüsusilə də məqalədə sizin agentliyinizin respondentlərin terminologiyası (Söhbət “Dağlıq Qarabağ Respublikası” uydurma terminini sitatından gedir) ilə razılaşmamaq hüququnu özündə saxlamasını izah edən ümumi qəbul olunmuş üsuldan istifadə olunub. Hazırkı halda ehtimal etmək olar ki, biz Rusiya Federasiyasının Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarındakı bu törəməni utanmamasına dair rəsmi mövqeyi fonunda bu terminin sizin agentlik tərəfindən qanuniləşdirməsi cəhdlərindən danışırıq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu, sizin rəhbərlik etdiyiniz qurumların əməkdaşları tərəfindən Azərbaycanın ərazi bütövlüyü faktına belə məhəl qoyulmaması birinci dəfə deyil. Agentliyin internet resursu “Dağlıq Qarabağdakı seçkinin legitimliyi”, “DQR prezidentinin bəyanatları” və qeyri-qanuni siyasi törəmənin digər xəbərləri ilə bəzənib, halbuki onun “müstəqilliy”i və “suverenliy”i nə Rusiya, nə Ermənistan, nə də dünyanın hər hansı bir başqa ölkəsi tərəfindən tanınmayıb. Diqqətinizə çatdırmaq istərdik ki, bu kimi məqalələr Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə mane olur, həm Azərbaycan, həm də Rusiya ictimaiyyətinin Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyəti adekvat olaraq qəbul edən böyük hissəsində müəyyən narazılıq və təəssüf hissi yaradır. Cansıxıcı məqam həm də ondan ibarətdir ki, müəllifləriniz Qarabağdakı vəziyyətin tam mənzərəsini, bu yerlərin tarixini və münaqişənin yaranmasının əsl səbəblərini dolğun şəkildə şərh etmək istəmirlər. Agentliyiniz tərəfindən sözügedən münaqişəyə dair müxtəlif məzmunlu məqalələr dərc olunmuşdur. Bununla belə, bu müharibənin haradan qaynaqlandığına aydınlıq gətirilməsi ilə bağlı izah verilməsinə heç bir səy göstərilməmişdir. Azərbaycanlıların Qarabağdan və ona bitişik olan yeddi rayondan etnik təmizlənməsinin real tarixinin obyektiv şəkildə əks etdirilməsi ilə bağlı cüzi addım belə atılmamışdır. Güman etmək olar ki, agentliyinizin jurnalistləri sadəcə olaraq, Dağlıq Qarabağdakı hadisələrin ümumi mənzərəsi ilə bağlı heç bir məlumata malik deyillər – belə olan halda, bu sizin müəlliflərin elementar olaraq, qeyri-peşəkarlığından və bacarıqsızlığından xəbər verir. Əgər açıq desək, bu məqsədyönlü olaraq aparılan siyasətdir və ona görə də dərin təəssüf hissi doğurmaya bilməz. Hörmətli Svetlana Vasilyevna, Axı bunu Sizə mən xatırlatmamalıyam ki, baş redaktor təşkilatın materiallarının hərtərəfli şəkildə, qərəzsiz və obyektiv olaraq şərh edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməsinə görə mənəvi məsuliyyət daşıyır. Bununla əlaqədar olaraq Sizdən xahiş etmək istərdim ki, müəlliflərinizin materiallarında istifadə edilən faktlara, mənbələrə, siyasi terminologiyaya və digər kiçik, lakin vacib məqamlara böyük diqqət yetirəsiniz. Hörmətlə,

Elnur Aslanov

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri”

OXŞAR XƏBƏRLƏR