Elnur Aslanov: 'Siyasi alfonsluq edən 'Freedom House' maraqlı qurumların şıltaq sifarişlərini yerinə yetirir'

Elnur Aslanov:
Bütün Xəbərlər
19:23 18.01.2013
1127

Gün.Az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov bəyan edib.  

  “Siyasi alfonsa çevrilən bu qurum müxtəlif ölkələrin nüfuzuna xələl gətirilməsində və onlara təzyiqlərin göstərilməsində maraqlı olan qurumların şıltaq sifarişlərini yerinə yetirməklə məşğuldur.

Hesabatdan da göründüyü kimi, işğalçıları dəstəkləməklə, həm də bununla da Azərbaycanın işğal edilmiş ərazilərində uşaqları qətlə yetirənlərin rejimini təşviq etməklə, həqiqəti tamamilə təhrif etməklə və Xocalı faciəsinin günahkarlarına qahmar çıxmaqla, belə təşkilatlar separatçılığa və terrorçuluğa zəmin yaradan qurumlara çevrilmiş olurlar.   Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini “mübahisəli ərazilər” (disputed territories) kimi qeyd etməklə, necə sağlam təfəkkürə dayanaraq, insan hüquqlarından və azadlıqlarından danışmaq olar?   Soyuq Müharibə dövründən qalanların varislərinin hesabatını oxuyanda yüzlərlə cavabsız suallar meydana çıxır.

İşğalçı, əlləri qocaların, qadınların və uşaqların qanına batanların əli ilə idarə olunan, birbaşa Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan rejimi necə siyasi baxımdan “qismən azad” ərazi kimi qeyd etmək olar?

Günü bu günə qədər Ermənistanın reytinqinin qaldırılması ilə məşğul olan, həm də Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra etirazlar dalğasını yatırtmaq üçün vətəndaşların qətlə yetirilməsi məsələsini ört-basdır edən təşkilatın hesabatlarını necə qəbul etmək olar?” – E.Aslanov bildirib.  

“Freedom House”-un  Ermənistanda prezident seçkiləri ərəfəsində baş verən kütləvi saxtakarlıq hallarını tamamilə inkar edərək, ölkədəki siyasi vəziyyətin yaxşılığa doğru dəyişdiyini sübuta yetirməyə çalışmasını sakit və soyuqqanlı şəkildə qarşılamaq mümkün deyil.

“Axı azyaşlı uşağa da aydındır ki, Ermənistanda güclü opponentlərin prezident seçkilərində iştirakdan imtina etməsi seçkilərin siyasi nöqteyi-nəzərdən rəqabətsiz olmasına gətirib çıxarır, həm də müvafiq olaraq, Serj Sarkisyanın siyasi legitimliyinin olmamasından xəbər verir.      Beləliklə də, əhalisi əsasən müsəlmanlardan ibarət olan, zəngin enerji ehtiyatlarına malik ölkəyə qarşı açıq-aşkar “ikili standartlar” aparan “Freedom House” erməni lobbisindən konkret maliyyə dəstəyi alır, həm də Azərbaycan xalqının maraqlarına və reallıqlara əks olaraq, öz geosiyasi maraqlarını təmin etməyə çalışanların sifarişlərini yerinə yetirir”- o, deyib.     Belə hesabatları oxuyanda aydın olur ki, bu idarə xəritədə ölkələrə reytinqlər və rənglər “bəxş edərək”, sadəlövhcəsinə və uşaqsayağı olaraq dünyanı “bizimkilər”ə (guya “azad ölkələr”ə), “hələ bizimki olmayanlar”a (“qismən azad olanlar”a) və “sizinkilər”ə (“azad olmayanlar”a) bölür.

“Azadlıq” anlayışının özünün müəyyən edilməsi üçün isə ayrı-ayrı ölkələrdə kompleks təhlilin və vəziyyətin qiymətləndirilməsi nəzərə alınmadan faktların sistemləşdirilməsi və ümumiləşdirilməsi, bir növ anlayışın özünün “universallaşması” üsulundan istifadə edilir.

Beləliklə də, biz tarixi kontekstə şüurlu şəkildə məhəl qoyulmaması, hesabatların hazırlanmasında müxtəlif ölkələrin siyasi, iqtisadi, hüquqi, sosial və mədəni xüsusiyyətlərinin nəzərə alınması  metodikasından imtina edilməsi ilə qarşılaşırıq.

“Freedom House”-un Berlin divarı dövrünün metodologiyasından istifadə etməklə, hələ də öz auditoriyasını tapdığını nəzərə alsaq, güman etmək olar ki, təşkilatın özünün də, metodlarının da keyimiş vəziyyətdə olması, onun belə bəsit hesabatlar dərc etməsi “soyuq müharibə” illərinin təktərəfli və saxta hesabatlarında maraqlı olanları hələ də cəlb etməkdədir.

Mövcudluğu isə istər respublika daxilində, istərsə də onun hüdudlarından kənarda yalnız bəzilərini sevindirən belə hesabatlar isə lakmus vərəqi rolunu oynayır, Azərbaycanın əleyhinə olan elementləri aşkara çıxarır.

Təəssüflər olsun ki, biz həm də yerli “fəalların” bir-iki erməni “araşdırmaçısı” ilə birgə təktərəfli, Azərbaycanı qaralamağa xidmət edən hesabatlar tərtib etməsi faktı ilə üzləşməli oluruq” – E.Aslanov qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb