Elnur Məcidli: 'Həbsdən öncə necə idimsə, yenə eləyəm'

Elnur Məcidli:
Bütün Xəbərlər
23:14 15.05.2012
1415
“Media forum” saytı mayın 15-də azadlığa buraxılan AXCP fəalı Elnur Məcidli ilə müsahibə götürüb. Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu.Müxalif İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi mitinqdə həbs olunan fəal cəzasının yarısını çəkməsi əsası ilə azad edilib. - Necə oldu ki, sizi azadlığa buraxdılar? - Cəzamın ikidə bir hissəsini çəkdiyimə görə mayın 10-da Xəzər Rayon Məhkəməsinə müraciət etmişdim. Müraciətimdə cəzamın daha yüngül cəza ilə əvəz olunmasını istəmişdim. Mayın 15-də məhkəmənin hakimi həbsxanaya - 17 saylı Cəzaçəkmə Müəssisəsinə gəlib müraciətimə baxdı və xahişim təmin edildi. Cəzamın qalan hissəsi şərti cəza ilə əvəz olundu. Məhkəmə prosesi zamanı 17 saylı Cəzaçəkmə Müəssisəsinin məsul şəxsləri mənim cəza çəkdiyim müddətdə davranışımda heç bir problem olmadığını, nizam-intizam qaydalarına əməl etdiyimi dedilər və mənim vaxtından əvvəl şərti azadlığa buraxılmağıma etraz etmədiklərini vurğuladılar. Məhkəmə bunu dəyərləndirdi və mənim vaxtından qabaq şərti azadlığa buraxılmağım barədə qərar çıxardı. - Bu qərarı necə qiymətləndirirsiniz? - Mənim barəmdə çıxarılan qərar Azərbaycan məhkəmələrinin obyektiv olduğunu deməyə əsas vermir. Hesab edirəm ki, bu, Azərbaycanın ev sahibliyi etdiyi “Avroviziya” mahnı yarışması ərəfəsində hakimiyyətə edilən təzyiqlər nəticəsində atılmış məcburi bir addımdır. Bu, bir növ sifarişli qərardır. Bir daha vurğulayıram ki, bu qərar Azərbaycan məhkəmələrinin obyektivliyinə, müstəqilliyinə dəlalət etmir. - Siyasi fəaliyyətinizi davam etdirəcəksinizmi? - Əqidəmə sadiqəm. Hər zamankı kimi mübarizəmi davam etdirəcəm. Mən həmin Elnuram. Heç nə dəyişməyib. Həbsdən öncə necə idimsə, yenə eləyəm, mübarizəmi də davam etdirəcəm. - Həbs olunduğunuza görə təhsiliniz yarımçıq qalmışdı... - Bəli, mən Qərb Universitetinin tələbəsi idim. Həbs olunduğuma görə məni universitetdən xaric ediblər. Universitetə bərba olunmaq üçün müraciət edəcəm. - Azadlığa yenicə çıxmısınız. Bu anadək sizi kimlər təbrik edib? - Məni ilk təbrik edən AXCP sədri Əli Kərimli oldu. Telefonla zəng edib təbriklərini çatdırdı. İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Nemət Əliyev və digər AXCP fəalları atam Arzuman Məcidli ilə birlikdə məni qarşılamaq üçün 17 saylı Cəzaçəkmə Müəssisəsinə gəldilər. Onlarla birlikdə evə yollandım. - Həbsdən vaxtından qabaq azadlığa çıxa bilmək üçün hər hansı bir öhdəlik götürmüsünüzmü?
OXŞAR XƏBƏRLƏR