Elnur Məmmədlini tənqid edənlərə - CAVAB

Elnur Məmmədlini tənqid edənlərə - CAVAB
KÖŞƏ
17:45 31.07.2012
6611
Anzulə Əmirovaİstərdim ki, bu, olimpiya çempionu Elnur Məmmədlinin London Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşməsindən, hakimlərin qərarı ilə Kanada idmançısı Antuan Valua-Forteyə məğlub olmasından sonra hər bir azərbaycanlının ürəyindən gələn və dilində ifadə etdiyi fikir olsun. Amma təəssüf ki, olmadı!

Heç cür sakitliklə qəbul edə bilmirəm. Alınmır, zorla deyil ki. Mənim millətimin bəzi nümayəndələrinə dərs keçmək vaxtım da deyil, heç buna niyyətim də yoxdur. Amma bəzən məsələlərə elə reaksiya verirlər ki, adamın qanı qaralır. Maraqlıdır, BİZ nə vaxtsa BİR ola biləcəyik? Sevincli və ya kədərli anlarımızda BİRLİK hissini yaşamaq niyə bizə qismət olmur axı?! Kimin qarğışı keçib bizə? Niyə bir uğur əldə edən kimi kimlərsə “mız” qoyur, uğursuzluq olan kimi “baltalı da vurur, baltasız da”?! Elnur Məmmədlinin məğlubiyyətinə təzəcə üzülməyə başlamışdım ki, bu dəfə də bizim bəzi “idmançılarımızın”, “şərhçilərimizin”, “proqnozçularımızın” düşüncələri qanımı tamamilə qaraltdı. Ay insan, imkan verin, bir ürəkdən kədərlənək də... Elnurun məğlubiyyəti xəbəri yayılan kimi yenə klaviaturalar düşdü işə... Biri deyir, “görünür, yaxşı vəd verməyiblər, ona görə qəsdən uduzub”, digəri deyir “bayraqdarımız belə olanda sonrasından Allah saxlasın”. Kimsə yazır ki, “Elnura komanda versəydilər ki, rəqibi müxalifətçidir, nəticə başqa cür ola bilərdi, ümidlərimizi puç etdi, deyəsən, Pekin zəfəri onu çox özündən razı salmışdı”. “Ona görə uduzdu ki, 2008-ci ildə Olimpiyadaya idmançı kimi getmişdi, bu dəfə DYP işçisi kimi”. “İndi getsin, onlar artıq şişiblər”, Tatamidən kresloya göndəriləndə axırı belə də olmalı idi...”. Bu kimi fikirləri əsəbləri sakit halda oxuyub üstündən keçmək olmur...

Məğlubiyyətdən sonra dərhal Elnur Məmmədlinin fikirlərini öyrəniblər, o isə “mənim sözüm yoxdur. Məğlubiyyətin səbəbini izah edə bilmərəm,” - deyib. Üstəlik, bununla bağlı yerli saytlarda yayımlanan xəbərlərdən birinə “onun hələ dili də var danışmağa” şərhini yazan insanımızın bunu ürəyi ilə yazdığına inanmaq və sakitliklə qarşılamaq istəmirəm...

Ən azı məndə alınmır. Bəlkə də, mənim qardaşım idmançı olduğu üçün, onun gecə-gündüz çəkdiyi əziyyətlərin, həyəcanların, bayrağımızı hər dəfə birinciyə qaldırmaq məqsədilə yaşadığı narahatçılığın şahidi kimi bəzi adamların Elnur Məmmədlinin uduzmağına verdikləri reaksiyanı sakit qarşılaya bilmirəm!

Axı siz, Allah bilir, ömrünüzdə bircə dəfə də olsun, idmanın ən yüngül sahəsi ilə belə məşğul olmamısınız, heç yarımca dəfə də Vətəni təmsil etmək hisslərinin nə olduğunu belə yaşamamısınız! Niyə illərdir bayrağımızı ucalara qaldıran birisi haqqında bu cür mənasız ittihamlar irəli sürürsünüz? Axı hansı idmançı olimpiadaya uduzmaq məqsədilə qatıla bilər?! O, qalib gəlməyi məndən də, sizdən də çox istəməzdimi?! Çünki onun qələbə xəbərini həyəcanla gözləyən anası, bacısı, qardaşı, yaxınları var. Hətta o, yarışa qatılanda da elə düşünüb ki, millətinin hər bir fərdi onun qələbəsinə dualar edir... Ən azından sizdən fərqli olaraq, o, QALİBİYYƏT HİSSİNİ, AZƏRBAYCAN BAYRAĞINI ZİRVƏYƏ QALDIRMAQ XOŞBƏXTLİYİNİ dəfələrlə yaşayıb, yaşadıb və bu, artıq onun həyat amalına çevrilib.

Nə olar, bir az həssas olaq, hadisələrə vicdanımızla yanaşaq. Kimsə bu gün uduzursa, ona mənəvi dəstək olmaq əvəzinə, onu daha da aşağılamayaq. Unutmayaq ki, o, sənin üçün, sənin torpağın, Vətənin, millətin, bayrağın və s. kimi sənin də ən dəyərli saydıqların üçün mübarizə aparır. Mübarizə apararır ki, səni, məni, millətimi, Vətənimi dünya dövlətləri içərisində birinci etsin!

Hər şeyə qara eynəklə baxmayaq! Bunun faydası yoxdur, gəlin əlimizdən gəldiyi qədər faydalı əməllərlə məşğul olaq. Vallah, digər şeylər ikinici, üçüncü, bəlkə də, sonuncu dərəcilidir... İdman sahəsində tariximizi yazanları qiymətləndirək, ən azından bir xoş sözlə, ən azından təsəlli naminə gülər bir üzlə...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub