Elşad Abdullayevdən rüşvət alana 4 il həbs verildi

Elşad Abdullayevdən rüşvət alana 4 il həbs verildi
Bütün Xəbərlər
13:28 22.05.2013
1431

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə keçirilib. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin öncə yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aparılmış istintaqla müəyyən edilib ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, yəni hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən, 1991-ci ildən etibarən tanıdığı və yaxın ünsiyyətdə olduğu Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib. Törətdiyi cinayət əməlinə görə V.Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Hüseyn cinayəti törədəndən sonra E.Abdullayev tərəfindən ona qarşı edilən təzyiqlər nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə qaytarıb, 19 avqust 2011-ci il tarixdə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465.000 ABŞ dolları dəyərində ticarət obyektini E.Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə E.Abdullayevin adına rəsmiləşdirib. İstintaq zamanı V.Hüseynin həmin cinayəti tək törətməsi təkzibolunmaz sübutlarla təsdiq edilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaqla həmçinin müəyyən edilib ki, E.Abdullayev 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini V.Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib, bununla belə sonuncu dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirtdiyinə görə E.Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməyib. Qeyd olunanlar nəzərə alınaraq, habelə verilmiş pul vəsaitinin korrupsiya cinayətinin predmeti olduğundan E.Abdullayev zərər çəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib