Elşən Gəncəvi seçiciləri ilə görüşüb - FOTOLAR

Elşən Gəncəvi seçiciləri ilə görüşüb - FOTOLAR
Bütün Xəbərlər
13:16 30.10.2015
1757

1 noyabr 2015-ci il tarixində keçiriləcək 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Nəcəfov Elşən Hökumət oğlu (Elşən Gəncəvi) təbliğat-təşviqat kampaniyası çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Saatlı, Sabirabad və Biləsuvar ərazisində məskunlaşmış seçicilərnən görüşlərdə olub.

AZXEBER.COM xəbər verir ki, təbliğat-təşviqat zamanı fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib. Vətəndaşların azad seçiminin uğuru və seçkidən sonra onların vətəndaş maraqlarını müdafiə edənin yanında olması üçün fəallıq nümayiş etdiriləcək. Görüşlər zamanı, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları tərəfindən Nəcəfov Elşən Hökumət oğlunu, doğma və gənc millət vəkilini dəstəkləyəcəklərini ifadə ediblər.

Seçicilər öz növbəsində gənc namizəd Elşən Nəcəfovu dəstəklədiklərini və namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək ,onların problemləri ilə maraqlanmasını yüksək qiymətləndiriblər.

OXŞAR XƏBƏRLƏR