“O vaxtlar biz hamımız Bəxtiyar olmaq istəyirdik”“Bu gün mən Bəxtiyar olmuşamsa, daha sonra digər uşaqlar sıra ilə Bəxtiyarı oynayırdılar”.“Bəlkə də, kiçik bir dükanım olsa idi və burada mən nəsə satsa idim, o zaman...”“O da prezidenti qorumaqla xalqa xidmət edir”.“Biz serial çəksək o seriala Braziliya serialından daha çox baxacallar”.
Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovunəziz xatirəsinəhəsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir.Festivalla bağlı AZXEBER.COM portalı tanınmış aktyor Elşən Rüstəmovun fikirlərini öyrənib. AZXEBER.COM portalı həmin müsahibəni təqdim edir...
“O vaxtlar biz hamımız Bəxtiyar olmaq istəyirdik”-Necə oldu ki, aktyor olmaq qərarına gəldiniz?Bu istək məndə lap uşaqlıqdan yaranıb. Ümumiyyətlə, məndə elə uşaqkən incəsənətə maraq çox böyük olub. Ağlım kəsəndən musiqi ilə məşğul olmuşam. İndinin özündə də məndən soruşanda ki, “Yenidən doğulsaydınız, kim olardınız”, mən birmənalı şəkildə cavab verirəm ki, “musiqiçi olardım”. Musiqi mənim üçün bir möcüzədir, ancaq taleyim elə gətirdi ki, mən aktyor oldum. Uşaqlıqda yadımdadır, hər zaman öz yaşıdlarım hansısa bir qəhrəmana oxşamaq istəyirdilər. Ancaq məni maraqlandıran bu qəhrəmanları yaradan insanlar idi. “Bu aktyorları kim hazırlayıb?”, “Bu film necə hazırlanıb” və s. buna bənzər suallar məni aktyor etdi. İlk dəfə aktyorluq mənə asan göründü:“Burada nə var ki, çıxıb oynayacam və mənim işim bitəcək” - deyirdim. Amma sonra çətinliklər başladı və mən bu sahədən uzaqlaşmaq istədim. Ancaq çox gec idi, çünki nə qədər çətin olsa belə, mənim işim məhz aktyorluq idi və mən ondan əl çəkə bilmədim. Sonralar anladım ki, uşaqkən xəyalını qurduğumuz o qəhrəmanlar çox çətin bir prosesdən keçib bizim gözümüzdə qəhrəman olublar.-Sizin uşaqlıq qəhrəmanınız kim olub?O vaxt ki Azərbaycan filmləri öz yaşıdlarımı və məni ən çox maraqlandıran filmlər idi. O vaxtlar “Yeddi oğul istərəm” filmi çox populyar idi və biz məhəllədəki uşaqlarla birlikdə oradakı 7 oğulu həvəslə canlandırırdıq. Məsələn, birimiz Bəxtiyar olurdu, birimiz Cəlal olurdu, digər birimiz isə Qəzənfər olurdu və biz bu obrazları canlandırırdıq.-Bəs siz 7 oğuldan hansını seçirdiniz?Maraqlısı orasındadır ki, o vaxtlar biz hamımız Bəxtiyar olmaq istəyirdik. Çünki Bəxtiyar onların başçısı idi və uşaqlar hamısı başçı olmaq istəyirdilər.“Bu gün mən Bəxtiyar olmuşamsa, daha sonra digər uşaqlar sıra ilə Bəxtiyarı oynayırdılar”.- Axı Bəxtiyar Sarı Şəmistanın “sağ əl”i idi və əmrlərini yerinə yetirirdi. Niyə Sarı Şəmistan olmaq istəyən yox idi?Yəqin ki, uşaq təfəkkürü ilə fikirləşəndə biz Sarı Şəmistanın az görünməsinə və az tanınmasına görə o olmaq istəmirdik. Bu filmdə isə əsas 7 obraz var idi və biz onlar kimi olmaq istəyirdik. Rollar tez-tez dəyişirdi. Bu gün mən Bəxtiyar olmuşamsa, daha sonra digər uşaqlar sıra ilə Bəxtiyarı oynayırdılar.-Bəxtiyar, yoxsa Bəxtiyarın yanında vuruşan, ancaq bu vurhavurda teatrı unutmayan Qasım? Hansı daha böyük qəhrəmandır?Bəlkə də, Qasım. Onun döyüşü teatrı, mədəniyyəti qara camaata tanıtmaq, onu sevdirmək idi. Bu da bir qəhrəmanlıqdır.-Bəs o 7 oğuldan kimsə sizin kimi bu gün Qasım ola bildimi?Xeyr. Onların hər biri hazırda başqa-başqa sahələrdə çalışırlar. Onlar arasında təkcə mən aktyorluğu seçdim. Az öncə dediyim kimi, məni bu peşəyə məni maraqlandıran suallar gətirdi.-Az öncə qeyd etdiniz ki, ilk başlar aktyroluq sizin üçün çətin idi. Necə oldu, bu çətinliklərə öyrəşdiniz?Mən müstəqilliyin yeni-yeni başladığı illərdə bu sahəyə gəlmişəm. İlk dəfə ADMİU-da oxuyarkən 1992-ci ildə filmdə baş rolda oynadım və beləliklə, bu sənətə gəldim. O zamanlarda olduğu kimi bu gün də öyrənirəm. Hələ də bilmək istədiyim çox şeylər var. Ömrümün axırına qədər də öyrənəcəm. Təbii ki, ilk başlar çox ağır oldu. Ancaq sənətimlə bağlı hər kiçik bir şey öyrəndikcə üzərimdəki yük biraz da azaldı və bu günə qədər bu belə də davam edir.“Bəlkə də, kiçik bir dükanım olsa idi və burada mən nəsə satsa idim, o zaman...”-Bu günə kimi heç fikirləşmisinizmi ki, başqa bir işlə məşğul olsa idim, daha çox gəlir əldə edə bilərdim?Bəlkə də, kiçik bir dükanım olsa idi və burada mən nəsə satsa idim, o zaman yaxşı yaşaya bilərdim. Ancaq bu mənim dünyaya baxışımla uyğunlaşmır. Ona görə mən ikincini seçdim. Ona görə ki, təki mənim mənəviyyatım zəngin olsun, çox öyrənim, öz sənətimi öz üzərimdə inkişaf etdirim. Hazırda çalışıram ki, öz peşəmlə daha çox pul qazanım. Yəqin, bilirsiniz ki, dünyada aktyorlar ən yaxşı yaşayan insanlardır. Bizdə də ümidvaram ki, getdikcə bu istiqamət öz yerini tutucaq və aktyorlar daha yaxşı yaşayacaq. Bu günü soruşursunuzsa, şükür olsun ki, peşman deyiləm. Düşünmürəm ki, nə vaxtsa bu peşədə olduğum üçün peşman olaram. Sadacə, öz işimi görürəm və çalışıram ki, peşəkarlıqla bu işin sonuna çatım.-Müsahibələrinizin birində aktyorların vəziyyətinin ağır olduğunu və buna görə də aktyorların sosial problemlərlə daha çox üzləşdiyini söyləmisiniz. Ailəlisiniz və övladınız var. Əldə etdiyiniz uğurların sizin maddi həyatınızda köklü dəyişiklik yarada bilməməsi sizcə də parodoksal deyil?Əslində, haqlısınız. Burada təzad var. Ümid edirəm ki, nə vaxtsa bu sıxıntılar aradan qaldırılacaq. Naşükürlük olmasın deyə deyirəm ki, bu gün mənim ailəmi saxlamağa gücüm çatır. Özüm dublyaj sahəsi ilə məşğulam, filmlərə çəkilirəm və buradan qonararlarım olur.“O da prezidenti qorumaqla xalqa xidmət edir”.-“Seçilən” filmində baş rolunu canlandırdığınız general Əli Talıbov ilə Elşən Rüstəmovun vətənpərvərliyi arasında ən böyük fərq nədir?Birincisi, onu deyim ki, biz hər ikimiz gördüyümüz işlə vətənpərvər olduğumuzu göstəririk. Əgər bu gün siz bir jurnalist olaraq və mən bir aktyor olaraq işimizin bizə verdiyi çətinliklərə dözürüksə, o zaman biz hər ikimiz vətənpərvərik. Əli Talıbovun da vətənpərvərliyi bizdən fərqlənir. O, filmdə sistem işçisidir və onun işi prezidenti sui-qəsddən qorumaqdır. O ona verilən tapşırığı dəqiqliyi ilə yerinə yetirir və prezidenti qoruya bilir. O hətta bu yolda öz canını belə ortaya qoyur. O da prezidenti qorumaqla xalqa xidmət edir. Ona görə az öncə də qeyd etdim ki, kim öz işini peşəkarlıqla görürsə, o insan vətənpərvərdir.-“Seçilən” filmi Elşən Rüstəmovu cəmiyyətdə seçilən edə bildimi?Biz məhsulu tamaşaçılara təqdim etdik və onlar bu filmə dəyər verdilər. Bu film müəyyən mənada cəmiyyətə bizi tanıtdı. Təbii ki, qüsurlar da ola bilər, müəyyən səhvlər də. Buna tamaşaçı qərar verir və o seçir hansı məhsulun yaxşı, hansının pis olduğunu. Bizim işimiz yalnız bu məhsulu tamaşaçılara göstərməkdir.- Qeyd etdiklərinizdən belə aydın olur ki, siz istədiyiniz effekti filmdən ala bilməmisiniz.Xeyr, bu belə deyil. Sadəcə, bu filmin yaxşı və ya pis olmasını mən deyə bilmərəm. Buna yalnız tamaşaçılar qərar verirlər. Mən bir aktyor kimi yaxşı oynamağa, ssenarist yaxşı yazmağa, rejissor isə yaxşı iş ortaya qoymağa çalışıb. Biz indi qayıdıb öz filmimizə “gözəl” desək, bu, təvazökarlıqdan uzaq olar. Seçim xalqındır.“Biz serial çəksək o seriala Braziliya serialından daha çox baxacaqlar”.-Bu gün Azərbaycanda bir çox filmlər istehsal olunur, ancaq bu filmlər tamaşaçılarla tanış edilmir. Siz bunun səbəbini nədə görürsünüz?Mən sizinlə razıyam. Bunun bir çox səbələri var. İlk başda onu deyim ki, nəzərdə tutun ki, bir film 5 manata istehsal olunur və siz onu kanallara satarkən sizə 50 qəpik təklif olunur. O zaman siz bu filmi kiməsə sata bilərsinizmi? Təbii ki, xeyr. Ona görə çalışmaq lazımdır ki, ilk növbədə bazar formalaşsın və oturuşmuş bazar qiymətləri olsun. Bu zaman bu cür problemlər aradan qalxar.-Bu gün bizdə tamaşaçı problemi varmı?Xeyr belə bir problemimiz yoxdur. Əmin olun biz serial çəksək o seriala Braziliya serialından daha çox baxacallar. Sadəcə serial və film bazarı olsa o zaman hər şey tam fərqli olardı. İnşallah inkişaf tezliklə özünü göstərəcək. - Sonda festivala münasibətiniz?Bu işi alqışlayıram və düşünürəm ki, hazırda Azərbaycan teatrına bu cür festivallar lazımdı. Bu gün teatrlarımıza həqiqətən gənc kütlə lazımdır. İnanıram ki, festival bu sahə üzrə Azərbaycan teatrının inkişafına çox böyük köməklik edəcək. Əfsələddin AĞALAROV