Əməkdar artist Arzu Əliyevanın fotosu Azərbaycanda nəşr olunan dərsliklərdən birində yer alıb.
Muğam ifaçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, dərslikdə "Leyli və Məcnun” tamaşasından olan görüntüsünün yer aldığını bildirib.
Arzu Əliyeva dərslikdən həmin səhifənin fotosunu yayımlayaraq bunun onun üçün qürurverici olduğunu vurğulayıb.
"Dərsliklərdə "Leyli və Məcnun" tamaşasındakı rolumla əks olunmaq qürurvericidir” deyə, sənətçi qeyd edib. (Axşam.az)











































