Tanınmış müğənni Emin Ağalarov “Eurovision 2012” öncəsi mətbuat konfransı keçirib. Müğənni müsabiqə günü “Bakı Kristal Zal” səhnəsində təqdim edəcəyi şou haqqında danışıb. O, bildirib ki, mayın 26-da “Eurovision 2012”nin final gecəsində səhnəyə 68 nəfər heyətlə çıxacaq. Müğənninin hazırladığı şouda Azərbaycan musiqi alətlərindən istifadə ediləcək. 20 rusiyalı, 20 azərbaycanlı rəqqasın rəqsi ilə “Never enought” mahnısını səsləndirəcək. Prodüser Devid Beynbric və Piter Birdin qatıldığı mətbuat konfransında Eminin gələcək fəaliyyəti ilə bağlı işlərdən danışılıb. Bildirilib ki, müğənninin 2011-ci ildə müqavilə bağladığı EMİ MUSİC şirkəti Eminin Böyük Britaniya, İrlandiyada, Danimarka, İsveç, Polşa, Çexiya, Yunanıstan, ümumilikdə 12 ölkədə yeni albomunu satışa çıxacaq. Emin Ağalarovun “Baby Get Higher” mahnısı “BBC Radio 2”də məşhur aparıcı Ken Brucenin şousunda təqdim olunub. 1 həftə ərzində 18 milyon dinləyici qazanan mahnı ötən həftə reytinqinə görə 400 mahnı içərisində 40-cı yerdə qərarlaşaraq məşhur müğənni Rihannanı arxada qoyub.