Emin Milliyə 'İsa Qəmbəri 'vur' əmrini Əli Kərimli verib

Emin Milliyə
Bütün Xəbərlər
13:56 30.08.2012
1479
Son günlərin əsas müzakirə mövzularından biri məşhur blogger Emin Millinin Müsavat başqanı İsa Qəmbərin ünvanına sosial şəbəkələrdə səsləndirdiyi sərt ittihamlardır. E.Milli İsa Qəmbərə yönəlik ittihamlarında onu 2003-cü ilin oktyabr hadisələrində xalqı meydanda tək qoyub qaçmaqda və bununla da müxalifətin uğuruna həlledici zərbə vurmaqda suçlayıb. Müsavat başqanı isə öz növbəsində “Azadlıq” radiosunun efirində ünvanına səslənən ittihamlara izah verməyə çalışsa da, bu sosial şəbəkələrdə aktivlik göstərən müxalif gənclər tərəfindən bir o qədər də razılıqla qarşılanmayıb.

Qaynar.info-ya Emin Millinin İsa Qəmbərə gözlənilməz virtual hücumlarının əsl səbəbləri ilə bağlı ilginc məlumatlar daxil olub. İnformasiyada qeyd olunur ki, Emin Millinin İsa Qəmbərin ünvanına səsləndirdiyi ittihamlar təsadüfi deyil və bloggerlə AXCP sədri Əli Kərimli arasında baş tutan məxfi görüşün məntiqi nəticəsidir. Həmin görüşdə AXCP sədrindən seçkiöncəsi müavin təyinatı alacağına dair vəd alan Emin Milli bunun müqabilində İsa Qəmbərə qarşı kampaniyaya start verib. AXCP sədri tərəfindən təlimatlandırılan Emin Millinin bu qəfil hücumunun arxasında isə Əli Kərimlinin bir neçə ciddi planının həyata keçirilməsi məqsədi dayanır.

Bu mənada Ə.Kərimlinin Emin Milli ilə işbirliyinin əsl məqsədi son günlər gündəmi zəbt edən eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələdə AXCP sədrinin ünvanına səslənən ağır ittihamlardan ictimai diqqəti yayındırmaqdır.

Digər tərəfdən öncədən İsa Qəmbərin prezidentliyə namizədlik şansından imtina etməyəcəyini yaxşı bilən Əli Kərimli onun keçmiş yanlışlıqlarını, xalqı meydanda tək qoyub qaçması faktını bir daha tirajlamaqla narazı elektrata “Müsavat başqanından vahid namizəd olmaz” mesajını vermək istəyir.

Bir başqa tərəfdən isə Əli Kərimli AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Razi Nurullayevin kifayət qədər loyal münasibətindən narahat olaraq, onun bu gedişlə partiyadan gedəcəyini özü üçün yəqinləşdirib. Görünür, AXCP sədri Emin Millini onun yerinə gətirməklə, həm də bu boşluğu doldurmağa çalışır.

Bu məqamda xüsusi qeyd edək ki, Emin Millinin son açıqlamalarında Əli Kərimlini yalnız bir cümlə ilə loyal formada tənqid etməsi isə əvvəldən düşünülmüş planın tərkib hissəsidir və iz azdırmağa hesablanıb. Baş verənlərdən Müsavat rəhbərliyinin xəbərdar olduğu və yaxın günlərdə AXCP-yə adekvat reaksiya verəcəyi də gələn xəbərlər arasındadır.

Mövzunu diqqətdə saxlayacağıq.

/// Qaynar.info

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq