26 fevral mitinqinə qatılan Elşən Musayev bu haqda deyib: “26 fevral günü möhtəşəm mitinq baş tutdu. Mən səhər saat 10-dan axşam 5-ə qədər Taksim meydanında oldum. Türkiyədə yaşayan 100-ə yaxın dostumla yürüş etdik. Həmin gün 350 minə yaxın insan Xocalı üçün birləşdi. Biz bir daha Azərbaycan-Türkiyə qardaşlığını dünyaya göstərdik. Mən bir daha azərbaycanlı olduğuma görə qürur duydum. Əminəm ki, ən yaxın zamanlarda bu yürüşü Qarabağda, Şuşada keçirəcəyik”.