Əmlak Komitəsi ləğv edilir, bütün səlahiyyətləri ASAN-a verilir - Kərəm Həsənov yola salınır

Əmlak Komitəsi ləğv edilir, bütün səlahiyyətləri ASAN-a verilir - Kərəm Həsənov yola salınır
SOSİAL
15:01 06.07.2017
33715
Post-neft dönəminin başlamasından sonra ölkədə bir çox qrumların ixtisar edilməsi və birləşdirilməsi prossesinə ilin sonuna kimi daha biri əlavə ediləcək.
 
AZXEBER.COM-un xəbər verir ki, Torpaq və Xəritəçəkmə Komitəsi, Nəqliyyat Nazirliyi, Azərenerji ASC ayrı-ayrı dövlət qurumlarına birləşdirilməsi prosesinin uğurlu olması hökumət üçün yeni imkanlar açıb. Buna görə də saxlanılması "artıq xərc" hesab olunan qurumların başında gələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi yenidən gündəmə gəlib. 
 
Komitə daxilindəki etibarlı mənbədən verilən məlumata görə, bir müddət əvvəl komitənin bəzi səlahiyyətlərinin alınaraq ASAN xidmətə verilməsi uğurla həyata keçirilib. ASAN xidmətin vətəndaşların müraciətlərini qanuni səviyyədə görməsi, komitədə tüğyan edən rüşvətin birdəfəlik yığışdırılması hökümətin yekun qərar verməsinə səbəb olub. Çünki komitə sədri hazırda əlində olan xidmət sahələri ilə bağlı ASAN xidmət kimi çalışmağa çalışsa da, onun bu istəyi baş tutmayıb. Və nəticədə komitənin əlində olan xidmətlərlə bağlı prezident aparatına yüzlərlə şikayət məktubu daxil olub. 
 
"Vətəndaşların müraciəti üzrə komitənin əlində çox azsaylı səlahiyyətlər qalıb. Bu isə formal olaraq komitənin mövcudluğunu qorumaq üçün idi. Kərəm Həsənov hakimiyyətdən vaxt istəmişdi və o vaxt artıq bitdi. Çünki verilən heç bir vəd yerinə yetirilmədi və əksinə şikayətlərin sayı günü-gündən artdı. Bundan başqa komitə sədrinin altında imzası olan minlərlə problemli sənəd bu gün məhkəmələrdədir" deyə mənbə bildirib. 

Mənbənin sözlərinə görə, Kərəm Həsənov əlində olan gücü itirməmək üçün komitənin fəliyyətini düzəldəcəyini və qüsurları aradan qaldıracağı vədini versə də, bu günə kimi heç bir vədini doğrulda bilməyib. Buna baxmayaraq, o Ziya Məmmədov kimi gözlənilməz şəkildə deyil, xəbəri ola-ola işdən çıxarılacaq. 

Məlumata görə 2018-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər komitənin bütün səlahiyyəti əlindən alınacaq və ləğv ediləcək. Artıq komitənin bir çox əməkdaşı işdən çıxarılıb, digərlərinə isə ilin sonuna kimi özlərinə yeni iş yeri tapmaqları tapşırılıb. 
 
AZXEBER.COM
 
 

 
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb