AZXEBER.COM xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyaya çatıb. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06% yüksələrək 4 306,07 dollar/unsiya olub.
Gümüşün iyul fyuçersləri 2,23 dollar və ya 3,27% yüksələrək 70,20 dollar/unsiyaya çatıb.
Sənaye metalları arasında misin sentyabr fyuçersləri 8,3 sent və ya 1,28% bahalaşaraq 658,95 sent/funt təşkil edib.
Platinin spot qiyməti də 41,66 dollar və ya 2,42% artaraq 1 762,4 dollar/unsiyaya yüksəlib.
Bazar iştirakçıları qiymətli metallara tələbin artmasını geosiyasi risklər və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqələndirirlər.











































