Ən çox vəzifədə qalan icra başçısı kimdi? – SİYAHI

Ən çox vəzifədə qalan icra başçısı kimdi? – SİYAHI
SOSİAL
14:03 06.03.2016
4319

2016-cı il martın 3-də Ilham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Mahmud Quliyev 15 ildən çox idi həmin postu tuturdu. O, Cəbrayıl Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu.

Hazırda Xocalı Rayon Icra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il dekabrın 21-dən bu vəzifədədir.

Malik Isaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon Icra Hakimiyyətinin başçısıdır.

Transparency.az bildirir ki, icra başçısı postunda daha əvvəldən çalışan şəxs var. Eyvaz Hüseynov Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı postuna 1992-ci il iyulun 2-də, Əbülfəz Elçibəyin prezidentliyi zamanı təyinat alıb.

Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov 2001-ci il yanvarın 30-dan bu postdadır.

Bakı rayonlarından Xəzərin icra başçısı Gülağa Islamov 1995-ci ilin yanvar ayında həmin vəzifəyə təyin edilib.

Ilqar Abbasov 2005-ci ildən Suraxanının, Razim Məmmədov 2006-cı ildən Xətainin icra başçısıdır.

Nərimanovun icra başçısı Abdin Fərzəliyev 2005-ci ildə, Yasamalın icra başçısı Ibrahim Mehdiyev 2006-cı ildə təyin olunublar.

Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov 2005-ci ildə icra başçısı postuna təyinat alıb.

Transparency.az bəzi başqa rayonlar üzrə siyahını da təqdim edir:

Ağcabədi – Şahin Məmmədov, 2005-ci ildən

Ağsu – Ənvər Seyidəliyev, 2007-ci ildən

Cəlilabad – Əziz Əzizov, 2006-cı ildən

Göygöl – Arif Seyidov, 2006-cı ildən

Hacıqabul – Əhməd Muxtarov, 2006-cı ildən

Xaçmaz – Şəmsəddin Xanbabayev, 2004-cü ildən

Qusar – Şair Alxasov, 2007-ci ildən

Lerik – Rövşən Bağırov, 2007-ci ildən

Saatlı – Siraqəddin Cabbarov, 2008-ci ildən

Şabran – Novruz Novruzov, 2007-ci ildən

Tovuz – Tofiq Zeynalov, 2007-ci ildən

Zərdab – Lütvəli Babayev, 2007-ci ildən.

Azərbaycan Respublikası Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

“Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə qeyd edilir ki, icra başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır, onun tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.

Icra başçısının vəzifələri sırasında müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək; müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək kimi vəzifələr durur

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
22:41 10.04.2026
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
22:29 10.04.2026
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
22:25 10.04.2026
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
22:11 10.04.2026
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
22:02 10.04.2026
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Gürcüstanda yaşayan azərbaycanlı gənc beynəlxalq turnirdə qızıl medal qazanıb
21:55 10.04.2026
Gürcüstanda yaşayan azərbaycanlı gənc beynəlxalq turnirdə qızıl medal qazanıb