Astroloqların proqnozlarına görə, avqust ayı bəzi bürclər üçün mühüm dəyişikliklər və yeni imkanlarla yadda qala bilər.
AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, xüsusilə Şir, Dolça və Əkizlər bürclərinin bu dövrdə diqqətçəkən astroloji təsirlərlə qarşılaşacağı bildirilir.
Şir: Bu dövr sizin üçün diqqət mərkəzinə keçmək və həyatınızda yeni səhifə açmaq baxımından əlverişli ola bilər. Astroloqlar şəxsi layihələrə başlamaq, cəsarətli addımlar atmaq və liderlik keyfiyyətlərinizi göstərmək üçün doğru zaman olduğunu bildirirlər.
Dolça: Münasibətlər və tərəfdaşlıqlarda köhnə qaydaların dəyişməsi, yeni insanlarla tanışlıq və sosial çevrənin genişlənməsi gündəmə gələ bilər. Astroloqlar bu dövrdə komanda işlərinin və yeni əlaqələrin sizə həm uğur, həm də romantik fürsətlər qazandıra biləcəyini proqnozlaşdırırlar.
Əkizlər: Gözlənilməz bir görüş və ya söhbət sizin üçün yeni gəlir imkanının qapısını aça bilər. Astroloqlar ideyalarınızı daha cəsarətlə ifadə etməyin, danışıqlarda və təqdimatlarda təşəbbüs göstərməyin sizə üstünlük qazandıracağını düşünürlər.











































