Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik məsələsidir

Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik məsələsidir
SİYASƏT
12:14 06.02.2023
748
Bakı 2015-ci ildən etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti 9-cu toplantısına ev sahibliyi etdi. Bu format görülmüş işlərə nəzər salmaq və yeni perspektivləri qiymətləndirmək baxımından olduqca əhəmiyyətli platformadır. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu, önəmli açıqlamalar verdi.

Bu meqalayihə çərçivəsində komanda işinə stimul verən Prezident İlham Əliyev ötən il, Məşvərət Şurasının 8-ci toplantısında deyirdi: "Biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək”. 
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ölkəmizin enerji diplomatiyasının reallaşdırılmasında yeni uğurlu səhifədir. Bu iclaslar, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Avropa qitəsinin enerji təminatında rolunun artdığını və açar ölkə olduğunu göstərir. İclasda Avropa İttifaqının üzvü olan Rumıniya Prezidentinin iştirak etməsi isə qitə üçün Azərbaycanın önəmli ölkə olduğunu təsdiqləyir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin tədbirdəki nitqi təkcə bugünkü vəziyyətin təhlili deyil, eyni zamanda, perspektivlərin planlaşdırılması baxımından da əhəmiyyətlidir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişmişdir. Toplantı 2022-ci ildə Azərbaycanda keçirilmişdi.
Dünya dəyişmişdir. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artmaqdadır. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar göstərilən səylər nəticəsində ərsəyə gəlmişdir. Bu olduqca vacibdir. Yaxşı haldır ki, ölkəmiz hər bir şeyi vaxt itirmədən etməyə nail oldu. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar olmasına rəğmən biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında işlərdən söhbət
açırıq.
Ötən ilin fevral ayında təsdiqlənmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə də əsas 5 inkişaf istiqaməti sırasında Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi kimi möhkəmlənməsi prioriteti fərqləndirilir.

Siyasi və iqtisadi təlatümlər, hətta təbii hadisələr və s enerji qiymətlərinə dərhal təsir edir. İstehsalçılar, tranzit ölkələr tez-tez onun qiymətinə yenidən baxmalı olurlar. Ancaq Azərbaycan ən ekstremal vəziyyətlərdə belə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir və şübhəsiz, rəsmi Bakının reputasiyası həm də bu amilə söykənir. Bu faktor isə xarici investorları təşviq edərək ölkəmizin xeyrinə işləyən domino effekti yaradır.

Naftalan şəhər sakini Murad Həsənov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI