Ər-arvad yaşadıqları evdə qətlə yetirildi

Ər-arvad yaşadıqları evdə qətlə yetirildi
Bütün Xəbərlər
14:16 22.11.2014
1143
Goranboyun Qaradağlı kəndində qətl hadisəsi baş verib.

Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Kənd sakini 1930-cu il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə aşkarlanıb. Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə olunub.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.//APA

OXŞAR XƏBƏRLƏR