Erdoğan: "Türkiyə qardaş Azərbaycanın maraqlarını Ermənistanın maraqlarına qurban verməz" - VİDEO

Bütün Xəbərlər
18:58 15.04.2011
1980

Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan AŞ PA-nın yaz sessiyasında çıxışı zamanı bildirib. Məlumatı CNN Türk telekanalı yayıb: "Türkiyə-Ermənistan protokollarının həyata keçirilməsi üçün əsas bənd Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsidir ki, bu da protokollarda göstərilib" deyən Ərdoğan bildirib ki, erməni tərəfi bu vacib şərti yerinə yetirən kimi, Türkiyə dərhal öz sərhədlərini açacaq:

"Biz ATƏT-in Minsk qrupunu öz öhdəliklərinə əməl etməyə çağırırıq. Rusiya, Fransa və ABŞ bunu edən kimi, biz Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağıq". AZXEBER.COM-un xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Ərdoğan AŞ PA-dakı çıxışı zamanı deyib.

AZXEBER.COM həmin çıxışı təqdim edir.

 

OXŞAR XƏBƏRLƏR