Ərdoğan: ''Azərbaycanla bütün sahələrdə atacağımız addımlar var''

Ərdoğan:
Bütün Xəbərlər
09:55 12.09.2012
990
“Bu gün istər siyasi, istər hərbi, istər mədəni, istər iqtisadi sahədə həqiqətən çox önəmli məsələləri müzakirə etdik. Həm ikitərəfli görüş keçirdik, həm də nazir yoldaşlarımız öz aralarında görüşlər keçirdilər”.AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəbələdə sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında deyib.Ərdoğan bildirib ki, on il əvvəl bir milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəmizin bu gün 3,5 milyard dollara çatıb. Ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar olub, belə davam etdirilsə 2015-ci ildə üçün planlaşdırılan beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşa bilər: “Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki artıq həqiqətən böyüyən, inkişaf edən bir Azərbaycan vardır, artıq böyüyən, inkişaf edən bir Türkiyə vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ verməsi və xüsusilə qurucu prezident mərhum Heydər Əliyevin ifadə etdiyi kimi, biz “İki dövlət, bir millət” anlayışı ilə bu prosesə diqqət yetirdiyimiz müddətdə bunu daha yaxşı bir səviyyəyə çadıra bilərik, çatdıracağıq. Qarşımızda bir maneə yoxdur. Bütün sahələrdə atacağımız addımlar var”.Ərdoğan TANAP layihəsi ilə bağlı deyib ki, artıq layihənin həyata keçirilməsi proses başlayıb və ən qısa zamanda mexanizmlər işə düşməyə başlayacaq. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə TASMUS layihəsi vardır ki, bu da müdafiə sənayesi sahəsində elektron rabitə məsələsində müştərək bir addımın atılmasında çox böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə fəaliyyət ilə əlaqədar iki ölkənin nazirləri ciddi şəkildə müzakirələri davam etdirirlər.Ərdoğan deyib ki, ikitərəfli əlaqələr, bütün beynəlxalq qurumlardakı həmrəylik örnək təşkil edə biləcək bir səviyyədədir: “Hazırda, bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq Azərbaycanın xidmət etməsi bizlər üçün çox böyük önəm daşıyır. Arzu edirəm ki, inşallah, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı missiyası başa çatdıqdan sonra, - 2015-2016-cı illərdə də Türkiyə bu quruma namizəddir, - təkrar Türkiyənin orada qeyri-daimi üzv kimi xidmətə başlaması da bizim bu həmrəyliyimizi artıraraq yolumuza davam etməyimizi təmin edəcək”.
OXŞAR XƏBƏRLƏR