Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bu gün Prezident Sarayında görüşəcəklər.
AZXEBER.COM xəbər verir ki, görüş barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlayıb.
Duran sosial şəbəkə hesabında paylaşım edərək bildirib:
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan MHP sədri cənab Dövlət Baxçalı ilə bu gün saat 14:00-da Prezident Kompleksində görüşəcək.”
Qeyd edək ki, iki lider son dəfə avqustun 6-da da görüşmüşdü.
Görüşdə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.











































