Sloveniyada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana bu ölkədə mükafat verilib. “Doğan” xəbər agentliyinin yaydığı məlumata görə, “10 ilin dövlət adamı” mükafatını “Beynəlxalq Yaxın Şərq və Balkanlar” araşdırma institutu verib. Mükafatın verildiyi tədbirdə çıxış edən Ərdoğan Türkiyə ilə birlikdə bölgə ölkələrinin də inkişafı üçün əlindən gələni etdiyini bildirib. “Son 10 ilin həyəcanı ilə qarşıdakı 10 ilin həyəcanını yaşayıram. Bölgədə refah səviyyəsinin yüksələcəyinə ümid edirəm. İrəli görüşlü liderlərin sayəsində Balkanlar dünyada layiq olduğu yeri alacaq”.