Görüş 1,5 saat çəkib. Görüşdən sonra Rəcəb Tayyib Ərdoğan və Mahmud Əhmədinejad mətbuat konfransı keçirməyiblər.Qeyd edək ki, Rəcəb Tayüyib Ərdoğanla Mahmud Əhmədinejad arasında görüş dünən planlaşdırılsa da, İran prezidentinin özünü yaxşı hiss etməməsi səbəbindən bu günə təxirə salınıb. Dünən axşam Mahmud Əhmədinejadın Rəcəb Tayyib Ərdoğanın şərəfinə verəcəyi ziyafət də ləğv olunub. Görüşdə Suriya, İranın nüvə proqramı və PKK terror təşkilatı ilə mübarizənin əsas müzakirə mövzusu olduğu ehtimal edilir.