"Ərəb baharı" ABŞ-da: 129 nümayişçi həbs edildi

"Ərəb baharı" ABŞ-da: 129 nümayişçi həbs edildi
Bütün Xəbərlər
12:35 12.10.2011
1871
Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərində sosial aksiyalar ötən gün də davam edib. Nyu-Yorkda ən zənginlərin yaşadığı məşhur Beşinci xiyabanda "Milyonerlərə qarşı yürüş" keçirilib. Aksiyada yüzlərlə nümayişçi iştirak edib."Wall Street-i işğal et" hərəkatının tərəfdarları "biz əhalinin 99 faiziyik" şüarını səsləndiriblər. Nümayişçilər zəngin amerikalıları "orta təbəqəni talan etməməyə", "ədalətli şəkildə vergi verməyə" çağırıblar. Onlar əsasən, media-maqnat Rupert Mördokun və daha bir neçə milyonerin evi önündə toplaşıblar. Asayiş keşikçilərinin sayı artırılsa da, aksiya insidentsiz ötüşüb.
OXŞAR XƏBƏRLƏR