Ərinə narkotik vasitə gətirdi, saxlanıldı

KRİMİNAL
15:35 14.10.2019
4364
Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

AZXEBER.COM-un məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı, Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə -"metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR