Erməni nazir Türkiyəni “sözündə durmayan, etibarsız” adlandırdı

Bütün Xəbərlər
13:28 03.01.2011
1978

 

Ermənistan Dövlət Televiziyasında 2010-cu ili qiymətləndirən Nalbandyan, topun Türkiyənin sahəsində olduğunu əminliklə deyib: “Pis futbol oynaya bilərsiniz, amma top sizin sahənizdədir və tribunalar sizi alqışlayır. Siz isə bunu hələ görmürsünüzsə bu ayrı bir məsələdir. Bu özünü aldatmaqdır. Türklər hiylə ilə yalnız özlərini aldada bilərlər. Başqa kimləsə razılaşa bilməzlər. Digər ölkələr də  Ermənistanın üzərinə düşən hər şeyi etdiyini və indi addım atma sırası Türkiyədəolduğunu deyirlər.

Ermənistan Xarici İşlər Naziri erməni soyqırmı məsəsləsinə də toxunub: "Türkiyə, erməni soyqırımının qəbul edilməsinin əlaqələrə zərər verəcəyini iddia edir. Hər şeydən əvvəl bunun səbəbi Türkiyədir. Beynəlxalq birlik soyqırımı tanımağa meyillidir. Türkiyənin buna qarşı çıxma səyləri müvəffəqiyyətsizliyə məhkumdur. Əgər imzalanan protokollarda işarə edildiyi kimi Türkiyə həqiqətən əlaqələri normallaşdırmaq istəyirsə, protokolların ön şərtsiz və razılaşmaya sadiq qalınaraq təsdiqlənməsi lazımdır".


OXŞAR XƏBƏRLƏR