Ermənilər 9 yaşlı azərbaycanlı uşağı öldürdülər

Bütün Xəbərlər
19:47 08.03.2011
1781
Bu barədə Trend-ə Ağdam rayon prokuroru İslam Qasımov bilidirib.

Kərimov deyib ki, uşaq baş nahiyyəsindən yaralanıb. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

OXŞAR XƏBƏRLƏR