İrəvandan bizə maraqlı bir informasiya daxil olub. Ermənilər Azərbaycana qayıtmaqdan ötrü ölürlər. Bu barədə Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən mətbuat konfransında məlum olub. Görünür, ermənilər ölkələrində özlərini o qədər də rahat hiss etmirlər. Çünki onlar nəniki Bakıya, həmçinin Sumqayıta da qayıtmaq istəyirlər. Mətbuat konfransında qeyd olunub ki, Ermənistanda onların hüquqları demək olar ki, bütün sahələrdə - təhsil, səhiyyə, məşğulluq və insan hüquqları daima pozulur.
Qeyd edək ki, Azərbaycanı tərk etmiş ermənilərin əksəriyyəti Ermənistan vətəndaşı olmaq istəməyib.
//Ans Press