Azxeber.com portalının Ermənistanın “News.am” portalına istinadən verdiyi xəbərə görə, Ermənistan Baş prokurorluğunun nümayəndəsi Artur Qambaryan jurnalistlərin suallarını cavablandırıb. Prokurorluğun nümayəndəsi son illərdə Ermənistanda seksual təcavüzlərin sayında artım olduğunu söyləyib. Qumbaryan jurnalistlərə özünün də, müşahidə etdiyi hadisəni danışıb. Onun sözlərinə görə Ermənistanda 50 yaşlı məktəb direktoru 13 yaşlı şagirdi zorlayıb. Ancaq, azyaşlının valideyninə pul verilməsi cinayətin üstünün bağlanması ilə nəticələnib.
Artur Qambaryan sonda Ermənistanda pedofillərə qarşı cəzaların gücləndirilməsinin vacibliyini vurğulayıb. O, əks halda seksual təcavüzlərin gələcəkdə böyük fəsadlara yol açacağını inkar etməyib.