Erməni deputatlar Azərbaycana gəlir

Erməni deputatlar Azərbaycana gəlir
Bütün Xəbərlər
12:11 20.03.2012
1404
Ermənistan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. 
ANS PRESS-in “Regnum”a istinadən verdiyi məlumata görə, Ermənistan Respublika Partiyasının deputatı Artak Zakaryan erməni deputatlarının “Avronest” Parlament Assambleyasının (PA) aprelin 1-4-də Bakıda keçiriləcək 2-ci plenar iclasında iştirak edəcəkləri haqda məlumat verib.A. Zakaryanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə dair təminat verib.Qeyd edək ki, “Avronest” PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələr– Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçilərini birləşdirir.
OXŞAR XƏBƏRLƏR