Erməni futbolçuların çirkin siyasət oyunları və AFFA-nın buna reaksiyaları - FAKTLAR

İDMAN
17:39 06.11.2020
516

Sentyabrın 27-dən başlanan Ermənistan – Azərbaycan münaqişəsi hər iki ölkənin cəmiyyətinin müxtəlif istiqamətlərində hiss olunur.

Təəssüflər olsun ki, "idman siyasətdən uzaqdır” deyimi də bu məsələdə reallıqla uzlaşmır. Ermənistan idman aləmində, xüsusən idmanın şahı olan futbolda separatizm təsirləri ilk günlərdən müşahidə olunur.

Oxu.Az bu faktları bir-bir sadalayacaq.

 

Ancaq heç vaxt 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun düşmən gülləsinə tuş gəlməsi faktını unutmamalıyıq. Müharibənin ilk günlərindən düşmən mülki şəxslərə ağlasığmaz hücumlar təşkil etməyə başladı. Naftalan şəhərinin atəşə tutulması nəticəsində bir ailənin beş üzvü dünyasını dəyişdi.

Bunların arasında 2017/18 mövsümündə AFFA-nın bayrağı altında keçirilmiş 11 yaşadək futbolçuların liqasında Naftalanın Uşaq-Gənclər İdman Məktəbinin heyətində çıxış etmiş Ş.Qurbanov da vardı. AFFA tərəfindən bununla bağlı FIFA və UEFA-ya müvafiq məktublar ünvanlandı.

AFFA-nın müvafiq məktubundan sonra FIFA-dan baş katib Fatma Samuranın imzası ilə AFFA-ya başsağlığı məktubu daxil oldu. Həmçinin, AFFA tərəfindən UEFA-nın üzvü olan 55 milli assosiasiyanın 53-nə (Ermənistan istisna olmaqla – S.M.) məktubla müraciət ünvanlayaraq Avropa futbol ailəsini dinc sakinlərə qarşı aqressiyanı, xüsusilə də azyaşlı uşaqların bu və ya digər şəkildə hərbi əməliyyatlara daxil edilməsini qınamağa və #stopchildmurder (uşaq qətllərinə son) həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırış edildi.

Lakin ermənilər və onlarla hər hansısa bağlantıları olan futbolçular separatizm mənbəyi olan qondarma Dağlıq Qarabağ rejimini və ya terrorizm üsul idarəsinə üstünlük verən Ermənistana dəstək göstərməklə öz peşəkarlıqlarını sual altına qoymağı "bacardılar”. Bu baxımdan AFFA-nın fəaliyyəti alqışalayiqdir. Çünki ölkənin ən ali futbol qurumu işini bu yöndə düz və operativ qurmuşdu. İndi yuxarıda qeyd etdiyimiz separatizmə dəstək olan faktlara və AFFA-nın bu səpkidə gördüyü işə nəzər salaq.

1. İtaliyanın "Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan "Twitter”də Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia etdi. AFFA-nın müraciətindən sonra UEFA daxili araşdırmaya başladı. Nəticədə M.Mxitaryan müvafiq paylaşımlarını sildi.

2. Bu dəfə Henrix Mxitaryanın özü sosial şəbəkələrdə dəfələrlə qondarma Dağlıq Qarabağ Respublikası barədə paylaşımları ilə diqqət mərkəzinə düşməyə başladı. AFFA bununla bağlı İtaliya Futbol Federasiyasına,

FIFA-ya, UEFA-ya və futbolçunun səfiri olduğu UNICEF təşkilatına müvafiq qaydada məktublar ünvanladı, orada Azərbaycanın BMT tərəfindən tanınmış ərazi bütövlüyünə zidd çağırışlar olduğu bildirildi.

3. Slovakiya Super Liqasının IX turu çərçivəsində oktyabrın 3-də keçirilmiş "Jilina” – "Dunayska Streda” oyununda Jilina klubunun futbolçusu Vahan Biçaxçyan 34-cü dəqiqədə vurduğu qolun sevincini oyun geyiminin altındakı formanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirməklə qeyd etdi. AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə Slovakiya Futbol İttifaqının İntizam Komitəsi tərəfindən baxılaraq 21 yaşlı futbolçuya yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq elan olundu.

4. UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra 2018-2020-ci illərdə Ermənistanın üç klubunun qapıçısı olmuş monteneqrolu futbolçu Andriya Draqoyeviç sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etdi. AFFA bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanladı. Həmçinin, Monteneqro Futbol Federasiyası Xarici İşlər Nazirliyinin müvafiq səfirliyimiz vasitəsilə notaya cavab verdi. Həmin qurum Andriya Draqoyeviçin milli üzvü olmamasını və fikirlərinin federasiyanın mövqeyini əks etdirmədiyini bildirdi.

5. Xankəndi şəhərini təmsil edən "Lernayin Artsax” (mənası erməni dilindən tərcümədə "Dağlıq Qarabağ” deməkdir – S.M.) klubu ötən mövsümdən qondarma respublikanın çempionatında yox, Ermənistanın I divizionunda çıxış etməyə başladı. AFFA bunun hüquqi baxımdan qanunazidd olması barədə UEFA-ya müvafiq müraciət ünvanladı və sözügedən qurum bu məsələnin araşdırılmasına başladı.

6. Ermənistanın "Pyunik” klubunun üzvü Aras Özbiliz özünün sosial media hesabında Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı həqiqətə uyğun olmayan məlumat paylaşdı, Azərbaycan tərəfini meşə yanğınları törətməkdə və günahsız insanların qətlində əsassız olaraq ittiham etdi. Türkiyə ermənisi olan 30 yaşlı futbolçu ilə də bağlı AFFA tərəfindən UEFA-ya müvafiq müraciət göndərildi.

7. Ermənistan Futbol Federasiyasının Peşəkar Futbol Liqasının Layihə meneceri və UEFA-nın stadionlar üzrə inspektoru Arno Sarkisyan Azərbaycan və Türkiyə əleyhinə sosial şəbəkələrdə siyasi şüarlar səsləndirdi və bununla da beynəlxalq futbol qaydalarının müvafiq müddəalarını pozdu. AFFA tərəfindən UEFA-ya şikayət məktubu ünvanlandı.

8. Yunanıstan çempionatının İraklion şəhərində keçirilən OFİ – "Panatinaikos” oyununda tribunalarda "Artsakh is Armenia” banneri nümayiş olundu. Bu oyun Azərbaycanın müstəqillik günündə – 18 oktyabrda keçirilirdi. AFFA tərəfindən UEFA-ya və Yunanıstan Futbol Federasiyasına müvafiq qaydada məktub göndərildi.

9. Yenə 18 oktyabrda ermənilər fitnələrindən əl çəkmədilər. Ermənistan Premyer Liqasının İrəvanda baş tutan "Alaşkert” – "Pyunik”  oyunu zamanı qonaq klubun futbolçuları kürəyində siyasi şüarlar əks etdirən futbolkalar geyindiyi üçün AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olundu.

10. Qazaxıstan çempionatının Almatı şəhərində oktyabrın 26-da keçirilmiş "Okjetpes” – "Astana” oyununda paytaxt komandasının oyunçusu Tiqran Barseqyanın qol vurduqdan sonra əsgər salamı verməsi və müsahibəsində bu addımı "hərbi münaqişə ucbatından çətin günlər yaşayan erməni həmvətənləri” üçün atdığını söyləməsinə görə AFFA tərəfindən Qazaxıstan Futbol Federasiyasına müraciət olundu.

11. "Noah” futbol klubunun oyunçuları qondarma respublikaya dəstək məqsədilə flaş-mob keçirdi, separatçı rejimin bayrağı ilə şəkil çəkdirərək sosial şəbəkələrdə və internet saytlarında paylaşdı. AFFA tərəfindən UEFA-ya bununla bağlı iki dəfə məktub ünvanlandı.

12. Ermənistanın "Urartu” klubunun oyunçusu Arsen Beqlaryanın "Instagram” hesabındakı paylaşımında klubun futbolçularının üzərində "#ArtsakhStrong” yazısı olan futbolkalar geyindiyi müəyyənləşdi. Krasnodar ermənisi olan qapıçı Beqlaryanın hərəkəti ilə əlaqədar da AFFA tərəfindən UEFA-ya məktub göndərildi.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama - VİDEO

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO