Erməni generaldan böyük iddia: "Gəncə və Mingəçeviri vura bilərik"

Erməni generaldan böyük iddia: "Gəncə və Mingəçeviri vura bilərik"
SİYASƏT
13:52 15.04.2017
2074
Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri yeni müharibə bəyanatları verməyə başlayıblar.

AZXBER.COM İstipress-ə istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərində geri çəkilmədən danışan general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) "Lragir"ə verdiyi müsahibəsində Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini "İskəndər" raketləri ilə vura biləcəklərini iddia edib.

Jurnalist Siranuş Papyan Azərbaycanın "İskəndər" raketləri və ya bu tipli silah alıb-ala bilməməsi ilə bağlı sual verib: "Yoxsa biz öz "İskəndər"lərimizlə daha irəlidəyik və Azərbaycana sarsıdıcı zərbələr vura bilərik".

"İskəndər" raketlərinin lazımi effekt alınması üçün istifadə edilə biləcəyini bildirən Arkadi Ter-Tadevosyanın cavabı isə ikibaşlı  olub: "Əgər onlar Ermənistanı hədəfə alsalar, onda yalnız insanlar qurban gedəcəklər. Amma Kirovabadda (Gəncə - red.) böyük zavodlar, Mingəçevirdə su anbarı var, bu, Azərbaycanı iflic edə bilər".

Təbii ki, erməni general Azərbaycanın çoxlu insan itkilərindən qorxaraq Ermənistanı raket atmaycağını düşünür. Bu fikri erməni hərbçilərinin çoxu irəli sürür və Azərbaycanı Dağlıq Qarabağı tanımağa məcbur etmək üçün Mingəçevirdə su anbarı kimi strateji nöqtələri vurmağı təklif edirlər. Guya ondan sonra Azərbaycan qorxuya düşəcək və Ermənistanla təslimçi sülh imzalayacaq.  

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov İstipress-ə müsahibəsində bunu Arkadi Ter-Tadevosyanın növbəti blefi kimi dəyərləndirib:  

"Özünə Komandos ləqəbi uydurmuş Arkadi Ter-Tadevosyan 10 ildir ki, Azərbaycanı vurur. Sadəcə, işsiz qalıb, görür ona fikir verən yoxdur, gah Mingəçeviri, gah da BTC-ni vurmağı təklif edir. Sonra onu yerinə oturdurlar ki, bir az çox giclədin".

Üzeyir Cəfərovun sözlərinə görə, Mingəçeviri və Gəncəni vurmağa risk etmək Ermənistan üçün intihar addımı ola bilər:

"Bircə risk edib düyməni bassınlar. Azərbaycanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bütün Ermənistanı yerlə yeksan etməyə qadirdir. Əgər Ermənistan belə bir addım atarsa, Azərbaycan heç nəyə baxmayacaq və Ermənistanı yerlə yeksan edəcək. Atalar demişkən, ölmək-ölməkdir, xırıldamaq nə deməkdir". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanın Aİ-yə qəbulu prosesinin başlanması haqqında qanun Parlamentin gündəliyinə daxil edilməyib
14:23 03.03.2025
Ermənistanın Aİ-yə qəbulu prosesinin başlanması haqqında qanun Parlamentin gündəliyinə daxil edilməyib
Dünya şöhrətli rusiyalı idmançı vəfat etdi
14:17 03.03.2025
Dünya şöhrətli rusiyalı idmançı vəfat etdi
Naxçıvanda yüksək vəzifəyə təyinat - SƏRƏNCAM
14:13 03.03.2025
Naxçıvanda yüksək vəzifəyə təyinat - SƏRƏNCAM
Avropanın qaz bazarında Azərbaycan üçün əlverişli şərtlər formalaşır
13:58 03.03.2025
Avropanın qaz bazarında Azərbaycan üçün əlverişli şərtlər formalaşır
Azərbaycan idmançıları Yunanıstanda 8 medal qazanıblar
13:52 03.03.2025
Azərbaycan idmançıları Yunanıstanda 8 medal qazanıblar
İmişlidə vəfat edən dörd yaşlı uşağın ÖLÜM SƏBƏBİ BİLİNDİ
13:45 03.03.2025
İmişlidə vəfat edən dörd yaşlı uşağın ÖLÜM SƏBƏBİ BİLİNDİ
Əli Əsədov qazaxıstanlı həmkarına təşəkkür etdi - Təyyarə qəzasının araşdırılmasındakı köməyə görə
13:41 03.03.2025
Əli Əsədov qazaxıstanlı həmkarına təşəkkür etdi - Təyyarə qəzasının araşdırılmasındakı köməyə görə
8 gün sonra bu şəxslərin "WhatsApp"ı İŞLƏMƏYƏCƏK
13:32 03.03.2025
8 gün sonra bu şəxslərin "WhatsApp"ı İŞLƏMƏYƏCƏK
Başqasının sənədi ilə sərhədi keçmək istəyən 9 nəfər saxlanıldı
13:31 03.03.2025
Başqasının sənədi ilə sərhədi keçmək istəyən 9 nəfər saxlanıldı
Od çərşənbəsində hava necə olacaq?
13:30 03.03.2025
Od çərşənbəsində hava necə olacaq?
ABŞ Milli Təhlükəsizlik Müşaviri: Bizə müharibəni bitirəcək lider lazımdır
13:27 03.03.2025
ABŞ Milli Təhlükəsizlik Müşaviri: Bizə müharibəni bitirəcək lider lazımdır
DİM-dən plagiat olduğu iddia edilən sualla bağlı açıqlama
13:17 03.03.2025
DİM-dən plagiat olduğu iddia edilən sualla bağlı açıqlama
Bu ölkədə təhsil dayandırıldı - SƏBƏB
12:59 03.03.2025
Bu ölkədə təhsil dayandırıldı - SƏBƏB
12 dərəcə şaxta, qar - Sabahla bağlı xəbərdarlıq
12:49 03.03.2025
12 dərəcə şaxta, qar - Sabahla bağlı xəbərdarlıq
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İstanbulda konfrans keçirildi
12:43 03.03.2025
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İstanbulda konfrans keçirildi
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib
12:40 03.03.2025
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib